12 C
Bakı
23 Aprel 2026 13:55
DünyaMuharibəSiyasət

ABŞ Ukrayna ilə bağlı planını Kiyev və Avropa təzyiqindən sonra yumşaltdı

Ukrayna və Avropa ölkələrindən gələn sərt tənqidlərdən sonra ABŞ administrasiyası münaqişənin nizamlanmasına dair 28 maddəlik ilkin planının əsas bəndlərini yumşaltmağa başladı. Sənədin ilkin versiyasında Ukraynanın əhəmiyyətli güzəştlərə – ərazi itkilərindən tutmuş ordunun ixtisarıadək – getməsi nəzərdə tutulurdusa, Cenevrədə aparılan çətin danışıqlardan sonra Ağ Ev Ukrayna üçün “gücləndirilmiş təhlükəsizlik zəmanətləri”nin daxil edildiyini bəyan etdi.

Eyni zamanda Moskva hələ ki, istənilən kompromisi rədd edir. Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirib ki, Rusiya əvvəlki tələblərindən – xüsusən NATO-nun genişlənməsinə qadağa və Qərb silahlarının Şərqi Avropadan çıxarılması – geri çəkilə bilməz.

BILD-in məlumatına görə, ABŞ-ın mövqeyinin hazırkı yumşalmasına Almaniya kansleri Fridrix Mers və Böyük Britaniyanın Baş naziri Kir Starmerin birbaşa telefon zəngləri təsir edib. Tramp özü artıq ultimatumdan geri çəkilib və jurnalistlərə belə deyib: “Xeyr, bu son təklif deyil. Biz bunu istər belə, istər elə bitirməyə çalışırıq.” (Azadlıq Qəzeti)

 

Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

Oxşar xəbərlər

Şərqi Zəngəzurla Naxçıvan arasında yeni dəmir yolu xətti çəkiləcək

redaktor

Rusiyanın Ukrayna cəbhəsində böyük itkilər verməsi ağılları qarışdırır

redaktor

Fazil Mustafa: Rusiyada baş verən hadisə birbaşa sifarişlə həyata keçirilən prosesdir

redaktor