Dünyaca nüfuzlu Reuters agentliyinin yaydığı məlumata görə, Rusiyanın ən böyük mayeləşdirilmiş təbii qaz (LNG) istehsalçısı “Novatek” yayın sonundan bəri çinli alıcılara sanksiyaya məruz qalmış “Arctic LNG 2” zavodundan yanacağı 30-40 faiz endirimlə təklif edir.
Ukraynaya qarşı cinayətkar müharibəyə başlamazdan öncə beynəlxalq qaz ticarətində Rusiyanın payı 25 faiz idi. Buna görə Rusiyaya hər il orta hesabla təbii qaz satışından 120 milyard dollar daxil olurdu. Beynəlxalq qaz ticarətində payı azalan Rusiyanın qaz satışından daxil olmaların qarşıdakı illərdə 28 milyard dollara qədər azalacağı gözlənilir.
Reuters-in “Türk axını”nın statistik məlumatlarına əsaslanan hesablamalara əsasən, bu ilin yanvar-oktyabr aylarında “Qazprom” avropalı müştərilərə 14.7 milyard kubmetr qaz nəql edib. Belə ehtimal olunur ki, ilin sonuna qədər bu rəqəm təxminən 18 milyard kubmetrə çata bilər. Bu isə Brejnevin Avstriya ilə ilk qaz ixracı müqaviləsi bağladığı 1970-ci illərin əvvəlindən bəri ən aşağı həcmdir. Belə ki, 1975-ci ildə Sovet İttifaqı Avropa 19,3 milyard kubmetr qaz satmışdı. Bu hadisədən 50 il sonra Rusiyanın Avropaya qaz satışı təxminən 18 milyard kubmetrə qədər azalıb. Halbuki “Moskva Olimpiadası” adlandırılan XXII Yay Olimpiya Oyunlarının bəzi Qərb ölkələri tərəfindən baykot edillməsinə baxmayaraq Sovet İttifaqı 1980-ci ildə Avropaya 54.8 milyard kubmetr qaz satmışdı. Sonrakı illərdə bu rəqəm müntəzəm artaraq 200 milyard kubmetrə qədər çatmışdı və “Şimal axını-2” kəmərinin istifadəyə verilməsi ilə daha da artacağı gözlənilirdi.
Ümumiyyətlə, Rusiyanın Avropa istiqamətində qaz ixracını 400, bütövlükdə isə ixracını 500 milyard kubmetrə qədər artıracağı gözlənilirdi. Beynəlxalq qaz bazarındakı rəqiblərini ustalıqla üstələyən Rusiya qlobal enerji bazarını tamamilə nəzarət altına almağa çalışdığı Qətər qazının Avropaya daşıyacaq kəmərin tikintisinin qarşısını Suriya vasitəsilə alanda məlum olmağa başlamışdı.
Rusiyanın “Urals” markalı neftin bir barrelinin qiyməti 36.6 dollara qədər ucuzlaşdığı, belə kəskin ucuzlaşmasına baxmayaraq dəniz neft ixrac etdiyi neftə müştəri tapmaqda çətinlik çəkdii haqqında məlumatlar var. Bütün bunlar gözlənilən idi və aydın görünür ki, Rusiya iqtisadiyyatı gözlənilən sonluğun astanasındadır.
Cozef Bayden prezidentlik müddətinin başa çatdığı ərəfədə “Qazpromneft” və “Surqutnefteqaz” a sanksiyalar tətbiq etdi. Bu Rusiya neft sənayesinin dünya enerji bazarlarından çıxarılmasının başlanğacı idi. Donald Trampın “Rosneft” və “Lukoyl”a qarşı sanksiyaları bu prosesin davamıdır. Heç şübhəsiz ki, bu proses başa çatdırılacaq və Rusiya qlobal enerji bazarlarından çıxarılacaq.
Ukraynaya qarşı cinayətkar müharibədə başlayanda Rusiyanın məqsədi ABŞ və NATO-nu geri çəkilməyə vadar etməklə özünün təsir dairəsini genişləndirmək, “denazifikasiya” adı altında Ukraynanın dövlətçiliyini məhv etmək və qlobal bazarlarda daha çox paya sahib olmaq idi. Ancaq Rusiya təsəvvür belə etmədiyi vəziyyətlə üzləşib. Finlandiya və İsveç NATO-ya üzv olaraq Alyansın Şərqə doğru genişlənməsini təmin ediblər. ABŞ özünün təsir dairəsini Cənubi Qafqaz və Mərkəzi Asiyaya qədər yayıb. Ukrayna özünün dövlətçiliyini qorumaqla yanaşı faktiki olaarq NATO və Avropa İttifaqının bir hissəsinə çevrilib.
Rusiya qlobal enerji bazarlarındakı payı kəskin şəkildə azalıb və azalmaqdada davam edir. Bir zamanlar enerji fövqəldövləti kimi təsnif olunan Rusiya artıq bu statusunu itirib. Üstəlik, formalaşmaqda olan yeni dünya düzənin tərkib hissəsi olan qlobal enerji bazarının formalaşması prosesində Rusiya iştirak etmir.
Bütün bunlardan sonra hələ də Pokrovsk uğrunda döyüşmək Rusiyanı gözlənilən sonluğa sürükləyən prosesi sürətləndirməkdən başqa bir şey olmamaqla axmaqlıqdan başqa bir şey deyil.
