DünyaGündəmSiyasət

Azərbaycanın Pakistanlaşması təhlükəsi

Azərbaycanlı konspirologiya uydurucuları Türkiyənin C-130 hərbi-nəqliyyat təyyarəsinin Gürücüstan səmasında qəzaya uğramasını 8 noyabr Zəfər Günü Bakıda keçirilən Hərbi paradda Türkiyə-Azərbaycan-Pakistan hərbiçilərin birgə iştirakı ilə izah edərək cəmiyyətin konspirologiyaların əsirinə çevrilməsi prosesini gücləndirdilər.

Çox güman ki, konspirologiya uydurucuları “Tehrik-e Taliban Pakistan” terror təşkilatının Pakistanın paytaxtı İslamabadda törətdiyi terror aktını da “Türk-İslam Birliyi”ni istəməyən qüvvələrin əməli adlandıracaqlar. Halbuki, Pakistanda terror adi hala çevrilib. Qənaətimcə bu vəziyyət 21-ci əsrin sonuna kimi dəyişməyəcək.

Türkiyədə çox yayğın olan konspiroloji düşüncə tərzinin Azərbaycanda sürətlə yayılması Qarabağın işğalından daha qorxulu hadisədir. Qarabağın işğalı cəmiyyəti düşmənə qarşı mübarizəyə səfərbər edərək birləşdirirdi. Konspiroloji düşüncə tərzinin güclənməsi cəmiyyəti parçalayır və bir-birindən şübhələnən qruplara çevirir. Bunun sonu çox təhlükəli ola, Azərbaycanın pakistanlaşması ilə nəticələnə bilər.

 

Xəqani Cəfərli

Tacxeber.com

Oxşar xəbərlər

Kosovo millisinə texniki məğlubiyyət verildi

admin

Heç kim bu həkimlərə “DUR” demir – Tanınmış pediatr mədəkiçiltmə əməliyyatını pislədi

redaktor

“Həbs etdiyiniz insanlara əlavə əziyyət verməkdən əl çəkin”

admin