24 C
Bakı
06 Sentyabr 2026 08:11
CəmiyyətDünyaGündəm

Monqolustandan ət yox, qoyunun özünü gətirmək lazımdır.

3 ay əvvəl Ferma balıqlarına verilən nəcis və Monqolustandan gətirilən qoyun əti ilə bağlı yazım həm dəstək, həm də tənqid aldı. AQTA və digər qurumlardan yazımı səhv sayan şərhlər oldu.

İndi isə yuxarıdan tapşırıq gəlib və məsələlər araşdırılır. Balıq işi artıq ciddi şəkildə izlənilir, Monqolustan ətinin ölkəyə gətirilməsi isə davam edir.

Monqolustandan ət yox, qoyunun özünü gətirmək lazımdır. Ölkədə heyvan yem bazası çox və çox zəifdir. Yeni yem istehsalı zavodları tikilməli və artırılmalıdır. Dövlət büdcəsindən maliyyə ayıraraq, ziyana satılsa belə yem kəndliyə əlçatan qiymətə təqdim olunmalıdır.

Ölkəmizi heyvan xəstəlikləri bürüyüb. Avropa bu viruslara qarşı karantin zonaları yaradaraq uğur qazandı. Bizdə isə kənd və rayonlarda heyvanlar üçün karantin zonaları yoxdur. Onları yaratmaq zəruridir. Bu üsullar sadə və primitiv görünsə də, praktik əhəmiyyətə malikdir. Şübhəli heyvan sürüdən ayrılıb karantinə salınır.

Bu addımları atsaq həm ət, həm də süd məhsullarına olan tələbatımız xeyli dərəcədə qarşılanacaq. Pulumuz da öz cibimizdə qalar, bizdən kəndliyə, kəndlidən şəhərliyə qayıdıb ölkə içində dövr edər.

 

Orxan Atabəy

Tacxeber.com

Oxşar xəbərlər

Rusiya-Ukrayna konflikti… Bu dəfə sülh şansı görünür

redaktor

Azərbaycanı niyə İran üçün nişangaha çevirirlər?

redaktor

Cümhuriyyət qurucuları niyə Bayraqda yaşıl rəngi seçdilər ?

redaktor