Mediada “şatdaun səbəbindən ABŞ-ın Ukraynaya silah tədarükü dayandırılıb” başlıqlı xəbərlərə rast gəlirik. Bu həqiqətənmi elədir?
Axios xəbər verir ki, ABŞ hökumətinin fəaliyyətinin dayandırılması (şatdaun) nəticəsində NATO ölkələrinə 5 milyard dollardan çox dəyərində silah tədarükündə gecikmələr baş verib. Adı açıqlanmayan rəsmiyə görə, gecikmələr AMRAAM raketləri, HIMARS sistemləri və Aegis hava hücumundan müdafiə komplekslərinin Danimarka, Xorvatiya və Polşa kimi ölkələrə tədarükünə aiddir.
Klik toplamaq və ajiotaj yaratmaq məqsədilə bəzi Ukrayna və Rusiya KİV-ləri bu xəbəri nədənsə Ukrayna ilə əlaqələndirib, halbuki mənbə xəbərdə Ukraynanın adı ümumiyyətlə çəkilmir. Bu, birincisi.
İkincisi, tədarüklər heç kim tərəfindən bloklanmayıb, sadəcə, hökumət işinin dayanması səbəbindən sənədləşmə ilə məşğul olan məmurların sayı azalıb. Yəni, xəbər əslində şişirdilib və reallıqdan uzaqdır.
Üçüncüsü, bir çox ölkələr ABŞ-dan silahları kreditə alırlar, Ukraynaya göndərilən silahlara görə isə NATO ölkələri tərəfindən ödənişlər dərhal edilir(xüsusi fond var). Bu səbəbdən də Ukraynaya silah tədarükündə heç bir gecikmələr yoxdur, silahlar vaxtında və yerində çatdırılır.
Sadəcə aydınlıq gətirdim.
