DünyaTəhsil

DNT-nin sirrini aşkar edən Əfsanə

Biologiya elminin əfsanələrindən biri sayılan Ceyms Uotson 97 yaşında dünyasını dəyişdi. Tibb və biologiya üzrə təhsil almayan, həmçinin bu elmlərlə yaxından tanış olmayan hər kəsə bu ad nəsə deməyə bilər, amma onun adı tarixdə elə elmin əfsanəsi kimi daim qalacaq.

Amerikalı Ceyms Uotson 1953-cü ildə ingilis həmkarı Frensis Kriklə birlikdə insan genetik materialının əsasını təşkil edən DNT-nin (Dezoksiribonuklein turşusu) ikiqat spiral quruluşa malik olması haqda “Nature” nəşrində akademik məqalə dərc edir.

O zaman onun 25, Frensis Krikin isə 37 yaşı vardı. Bundan 9 il sonra, 1962-ci ildə Ceyms Uotson, Frensis Krik və digər ingilis genetik, biofizik Moris Vilkins bu kəşfə görə fiziologiya və tibb sahəsində Nobel mükafatına layiq görülürlər. 3 alim arasında ən gənci olar Uotson o zaman 34 yaşında idi.

Adı çəkilən üçlük müasir genetika elminin əsasın qoymuş alimlər sayıla bilərlər. Ceyms Uotson isə onlardan təkcə yaşına görə deyil, həm də elmə, təhsilə və dünyaya baxışları ilə fərqlənirdi. Onun fikrincə, böyük kəşfləri heç də təhsildə ən yüksək nəticə göstərənlər etmirlər.

Bəlkə də haqlı idi, çünki özü də uğurlu tələbə olmadığını etiraf edirdi.
Bu kəşfi edənlərlə bağlı qəribə bir təsadüf də Frensis Kriklə Moris Vilkinsin doğum və ölüm illərinin eyni olmasıdır: 1916 – 2004.
DNT-nin strukturunu kəşf edənlərin artıq heç biri həyatda yoxdur. Amma əfsanələr də əbədidir.

 

Ərəstun Oruclu

Tacxeber.com

Oxşar xəbərlər

Putin dostunu öldürdü, sonra “Xaç atası” kimi… – Conson

redaktor

Gürcüstan hakimiyyəti Saakaşvilinin partiyasını qadağan etmək niyyətindədir.

redaktor

Taliban qadınların kişi diş həkimlərinə getməsini qadağan etdi

redaktor