DünyaSiyasət

Putin yenə hər kəsi “yendi”. Mərkəzi Asiyada Rusiyanın təsir imkanları şam kimi əriyir.

Donald Tramp Ağ Evdə Mərkəzi Asiya respublikaların liderlərilə C5+1 formatında görüş keçirdib.

Tramp Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistandan olan həmkarlarını Ağ Evdə qəbul edib. ABŞ və C5 ölkələri arasında çox nəhəng iqtisadi razılaşmalar əldə olunub, bu razılaşmalar mədənlərdən tutmuş enerji mənbəyi olan faydalı qazıntılara, həmçinin energetika, aviasiya və kənd təsərrüfatı sahələrinə qədər əhatə edir.

Ağ Ev rəsmilərinin görüşün siyasi mahiyyəti barədə açıq danışmaması anlaşılandır, amma bəzi senatorlar proses haqda son dərəcədə açıq və net mövqe ortaya qoyublar. Respublikaçı senator Stiv Deynsin dediklərinə nəzər salaq:

“Dünyada Mərkəzi Asiya kimi böyük iqtisadi potensialı olan çox az region var. Ölkələrimiz arasında daha sıx əlaqələrin qurulması təkcə arzuolunan deyil, həm də ABŞ üçün strateji zərurətdir. Sovet dövründə, daha sonra isə Rusiyanın təsiri altında Mərkəzi Asiya ölkələri öz potensiallarını reallaşdıra bilmədilər. Rusiya indi Ukrayna ilə məşğuldur və cənub cinahına qarışmağa vaxtı yoxdur. Putinin müharibəsi bizə etibarlı və sabit investisiyalar təmin etmək imkanı yaratdı. <…> Bu məqam Moskva və Pekin tərəfindən buraxılmış boşluğu doldurmaq üçün Amerikanın tarixi imkanıdır.”

 

Kamran Cəfərov

Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

Oxşar xəbərlər

KİV: “Si Cinpin Tramp ilə ticarət müharibəsində qalibdir”

redaktor

Atatürkün bugünədək bilinməyən imzaları yayıldı

redaktor

Zelenski açıqladı: Ukraynaya xarici qoşunlar gəlir – bu cümə…

redaktor