24 C
Bakı
16 Oktyabr 2026 12:19
DünyaSiyasət

Serbiya polisi üç gündür ki, iki snayperi axtarır – Aleksandr Vuçiç

Serbiya Prezidenti Aleksandr Vuçiç bildirib ki, polis üç gündür Belqradda iki snayperi axtarır. Ölkə hakimiyyəti son həftələrdə “müxtəlif təhlükəsizlik məlumatları” alıb: “Onları üç gündür tapa bilmirik.

Qurbanlarının kim olduğunu görəcəyik. Hara getdikləri, pulların haradan gəldiyi məlumdur və inanıram ki, səlahiyyətli orqanlar bu məsələ ilə məşğul olacaqlar”, – deyə Vuçiç Prva televiziyasına bildirib.

Prezidentin sözlərinə görə, snayperlərin hədəfinin kim ola biləcəyi məlum deyil. O, əlavə edib ki, “zorakılığa və ya hakimiyyəti dəyişdirmək üçün xarici təsirə” dözməyəcək.

Qeyd edək ki, noyabrın əvvəlində Serbiyada Novi Sad dəmir yolu stansiyası faciəsinin ildönümünü qeyd etmək üçün kütləvi etirazlar keçirilib. 2024-cü ildə tikilinin uçması nəticəsində 16 nəfər həlak olub. Vuçiç snayperlərin etirazlarla əlaqəli olub-olmadığını deməyib.

 

Tacxeber.com

Oxşar xəbərlər

Hindistan və Çin Mərkəzi Asiyada hərbi nüfuz uğrunda yarışır

redaktor

Türkiyənin Hakan Fidan ayıbı

redaktor

Türkiyə doqquz ildən sonra ilk dəfə Ermənistanın Müstəqillik Gününü yüksək səviyyədə qeyd etdi

redaktor