22.5 C
Bakı
29 İyun 2026 07:03
DünyaSiyasət

Rumıniya Ukrayna sərhədinə döyüş təyyarələri göndərib

Rumıniya Ukrayna ilə sərhəddə hava təhlükəsizliyini gücləndirmək məqsədilə F-16 və Almaniyaya məxsus “Eurofighter Typhoon” qırıcılarını yerləşdirib.

Tacxeber.comxəbər verir ki, bu barədə Rumıniya Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Rəsmi açıqlamaya görə, hava hücumu xəbərdarlığından sonra Rumıniya Hərbi Hava Qüvvələrinin iki F-16 təyyarəsi və Almaniyanın iki “Eurofighter Typhoon” qırıcısı hava məkanının nəzarət və təhlükəsizlik məqsədilə havaya qaldırılıb.

Nazirliyin məlumatında bildirilir ki, əməliyyat çərçivəsində komandirlərə Rumıniya hava məkanına müdaxilə halında hədəfləri vurmaq səlahiyyəti verilib. Bununla belə, ölkə ərazisində hava məkanının pozulması və ya təyyarə qalıqları ilə bağlı heç bir hadisə qeydə alınmayıb.

Qeyd edək ki, Almaniyaya məxsus “Eurofighter Typhoon” döyüş təyyarələri NATO-nun müttəfiq ölkələrin hava məkanına nəzarət missiyası çərçivəsində Rumıniyada yerləşdirilib.

 

Tacxeber.com

Oxşar xəbərlər

İranla müharibənin ilk günündə qızlar məktəbinin vurulması təsadüf idimi?!

redaktor

Çaqayevlə bağlı ŞOK: videoya görə Azərbaycanı tərk edir? – FOTO

redaktor

Macarıstanda hər şey aydındır, qalıb qələbənin rəsmiləşməsi

redaktor