CəmiyyətDünyaMuharibə

Avropalılar sığınacaq vermir, Rusiyada isə həbs gözləyir.

Savaşdan qaçan gəncin hekayəsi

Rusiyadan Ukraynadakı işğalçı müharibədə iştirak etməmək üçün qaçan 21 yaşlı Daniel Məhəmmədov unikal vəziyyətə düşüb.

Tacxeber.com xəbər verir ki, Azadlıq Radiosunun Rusiya xidməti yazır ki, Finlandiya hökuməti Məhəmmədova sığınacaq verməkdən imtina edib, Litva onu axtarışa verib, Rusiyada isə onu xidmətdən imtinaya görə repressiya gözləyir.

“Mənim üçün doğru seçim orduda xidmətdən imtina idi. Özüm üçün Rusiya ərazisini tərk etməkdən başqa çıxış yolu görmədim. Bu seçimi etdim” – deyə Daniel bildirib.

Məhəmmədov deyir ki, qaçış planını əvvəldən hazırlayıb. Belə ki, onu Moskvaya aparacaq qatar Litva ərazisindəki 227 kilometri dayanmadan keçməli idi. Daniel qatara bilet alır və iyun 17-də Litva ərazisində qatardan atlayır. Danieli daha sonra Litva ərazisində itlər, dronlar və vertolyotlarla axtarırlar. İki ay davam edən axtarışlardan sonra Daniel Rusiyaya deport olunacağından qorxaraq Finlandiyaya qaçır. Burada isə yerli miqrasiya xidməti ona sığınacaq verməkdən imtina edərək, Litvaya qaytarılması barədə qərar çıxarır. Burada isə o, yerli qanunları və beynəlxalq razılaşmaları pozmuş sayılır.

Hüquqmüdafiəçisi Olqa Karaç deyir ki, insanlar Daniel haqqında heç nə bilmədən onu Rusiya diversantı olmaqda suçlayırlar:

“Söhbət “döyüşmək istəmirəm, əlimə silah almaq istəmirəm” deyən bu kişiyə çatanda hətta bir-biriylə döyüşən tərəflər də birləşirlər. Bu yazıq adamı hər tərəfdən təqib edib, təhdidlərlə orduya yollayırlar. Bu paradoksdur”.

İndi Finladiyada olan Məhəmmədov son ümid kimi Avropa İnsan Haqları Məhkəməsinin qərarını gözləyir.

Finlandiya bu il ərzində 90% rusiyalıya sığınacaqdan imtina edib. Rusiyadan səfərbərlikdən qaçmaq adıyla müraciət edənlərə Finlandiya hökuməti sığınacağı Rusiya hökumətinin səfərbərliyi dayandırdığını elan etməsi haqqında qərarlarına əsaslanaraq vermir. (Azadlıq radiosu)

 

Tacxeber.com

Oxşar xəbərlər

İmamoğlu və 91 şübhəli Ədliyyə Sarayına gətirilib

redaktor

Mixail Saakaşvili daha yeriyə bilmir

redaktor

“Qadının adını hər kəsin yanında çəkmək olmaz, bəyəm medal verirlər?”

redaktor