DünyaTarix

Minlərlə il əvvəl zəlzələyə davamlı mühəndislik

Müasir elmdən minlərlə il əvvəl qədim ustalar zəlzələyə qarşı dayanıqlı tikinti sənətini mənimsəmişdilər.

Perudakı Saksayhuaman qalasında nəhəng daş bloklar — bəziləri 100 tondan çox — “T” və ya “I” formasında metal qarmaqlarla bir-birinə birləşdirilmişdi. Bu sistem divarların yellənməsinə, amma uçmamasına imkan verirdi.

Metal qarmaqlar iki daşın içərisində açılmış deşiklərə yerləşdirilirdi. Beləcə daşlar bir-birinə mexaniki olaraq kilidlənirdi.
Bu o demək idi ki, bir daş tərpənəndə digəri də onunla birlikdə azacıq hərəkət edir, amma ayrılmır, nəticədə divar bütöv qalır, uçmur.

Zəlzələ zamanı yer titrəyəndə sarsıntı enerjisi divarın bir hissəsinə toplanmır, qarmaqlar sayəsində bütün bloklara bərabər paylanır, gərginlik azaldığı üçün daşlar çatlamır.

Müasir alətlər olmadan belə, onlar əsrlər boyu zəlzələlərə tab gətirən tikililər inşa edə bilmişdilər. Sonralar bu metal qarmaqların çoxu çıxarılıb, ancaq o qarmaqların yerləşdiyi deşiklər bu gün də hələ görünür.

Hazırladı: Osman Eminov

 

Tacxeber.com

Oxşar xəbərlər

Qızından İlon Maska sərt sözlər: “Yazıq uşaq…”

redaktor

İlon Maskın gey oğlu atasını ifşa etdi – “Laqeyd və narsistdir”

admin

Bu ölkələr İsrailə kəşfiyyat məlumatları ötürüb – Pezeşkiandan İTTİHAMLAR

redaktor