22.8 C
Bakı
10 İyun 2026 01:49
DünyaSiyasət

The Times of Israel: Azərbaycan Qəzzaya qoşun yeritməyə razılıq verib.

İsrail mediası yazır ki, Azərbaycan İndoneziya və Pakistanla birlikdə iki illik müharibədən sonra Qəzzada vəziyyəti sabitləşdirəcək beynəlxalq qüvvələrə öz hərbi personalını göndərə bilər.

Ynet portalının məlumatına görə, Müdafiə Nazirliyinin nümayəndələri bu barədə parlamentin xarici işlər və müdafiə komitəsinin qapalı iclasında İsrail qanunvericilərinə məlumat veriblər.

“The Times of Israel” qəzetinin mənbələrinə görə, Azərbaycan artıq missiyaya qoşulmaq istəyini bildirib, İndoneziya isə qoşun göndərmək niyyətini açıq şəkildə bəyan edib. Pakistanın iştirakı hələ rəsmi olaraq təsdiqlənməyib.

 

Tacxeber.com

Oxşar xəbərlər

Sabah Vaqif Xaçatryanın məhkəməsi keçiriləcək

redaktor

Rusiya müsəlmanlar üçün ən vacib kitabı QADAĞAN ETDİ – Kadırov QƏZƏBLƏNDİ

admin

“Rusiya hücum fəallığını bərpa edib və dünyanı aldatmağa çalışır” – Zelenski

redaktor