21 C
Bakı
20 Oktyabr 2026 14:14
DünyaSiyasət

The Times of Israel: Azərbaycan Qəzzaya qoşun yeritməyə razılıq verib.

İsrail mediası yazır ki, Azərbaycan İndoneziya və Pakistanla birlikdə iki illik müharibədən sonra Qəzzada vəziyyəti sabitləşdirəcək beynəlxalq qüvvələrə öz hərbi personalını göndərə bilər.

Ynet portalının məlumatına görə, Müdafiə Nazirliyinin nümayəndələri bu barədə parlamentin xarici işlər və müdafiə komitəsinin qapalı iclasında İsrail qanunvericilərinə məlumat veriblər.

“The Times of Israel” qəzetinin mənbələrinə görə, Azərbaycan artıq missiyaya qoşulmaq istəyini bildirib, İndoneziya isə qoşun göndərmək niyyətini açıq şəkildə bəyan edib. Pakistanın iştirakı hələ rəsmi olaraq təsdiqlənməyib.

 

Tacxeber.com

Oxşar xəbərlər

Savaş böyüyəcək…

redaktor

Zalımın ən ağır cəzası ölüm deyil, ədalət qarşısında cavab verməkdir

redaktor

Respublikaçılar Trampa qarşı…

admin