22.8 C
Bakı
10 İyun 2026 01:49
Cəmiyyətİqtisadiyyat

Azərbaycanda mal əti bahalaşdı – Yeni QİYMƏTLƏR

Bakıda mal ətinin qiymətində artım müşahidə edilir.

Tacxeber.com xəbər verir ki, həm sümüklü, həm də sümüksüz mal əti bahalaşıb.

Qiymət artımının 2-3 manat aralığında olduğu bildirilir. Hazırda qiymətlər 21-23 manat arasında dəyişir.

Satıcılar qiymət artımını heyvan azlığı ilə əlaqələndirirlər.

Mütəxəssislər hesab edirlər ki, heyvanların sayında azalma, erkən kəsmələrin artması və xəstəliklərin geniş yayılması fonunda ət təchizatında ciddi risklər formalaşır.

“Əgər xəstəliklə bağlı təchizatda çatışmazlıq baş verərsə, qiymət 25-30 manat aralığına yüksələ bilər. Daha ağır vəziyyətdə isə bu rəqəm 30-35 manatadək arta bilər. Lakin bu proqnozlar vəziyyətin gedişatına və aidiyyəti strukturların reaksiyasına görə dəyişə bilər. Prosesi nə qədər tez və effektiv şəkildə idarə etmək mümkün olarsa, qiymət artımı da bir o qədər sabit qala bilər”,- deyə  iqtisadçı ekspert Akif Nəsirli bildirib.(Modern.az)

 

Tacxeber.com

Oxşar xəbərlər

İnternetdə çətənə yağı və toxumu satılır

redaktor

Atası ölüm ayağında olan qızın “Tiktok”da canlı yayımı hiddətləndirdi – VİDEO

redaktor

Çin doğuş xərclərini dövlət hesabına qarşılayacaq

redaktor