22.2 C
Bakı
10 İyun 2026 03:34
Cəmiyyət

AYNA rəsmisi CƏLLADOV pulsuz parklanma ilə bağlı AÇIQLAMA VERMƏDİ

Bakı şəhəri ərazisində “AYNA”-nın nə qədər pulsuz parklanma yerlərinin olması ilə bağlı məsələ araşdırılıb.

Tacxeber.com xəbər verir ki, Ajans.az mövzu ilə bağlı  AYNA-nın Parklanmanın təşkili Departamentinin direktoru Samir Cəlladov ilə əlaqə saxlamağa çalışıb. Lakin suallarımız cavabsız qaldı.

Suallarımızdan biri o idi ki, paytaxt ərazisində pulsuz dayanacaqlar fəaliyyət göstərirmi? Çünki müşahidə edilən pulsuz parklanma yerlərinin çoxu artıq ödənişli şəkildə fəaliyyət göstərir. Hətta bildirilirdi ki, pulsuz yerlərin sayı daha da artacaq.

Amma parklanma yerlərinin ödənişli olmasından sonra sürücülər məcburi şəkildə avtomobillərini məhəllələrdə saxlayırlar. Ona görə də, həmin ərazilərdə də şlaqbaunlar qoyulur. Bu isə əraziyə digər maşınların girişinə problem yaradır. Artıq paytaxtın bir çox qəsəbələrində bu səbəbdən tıxaclar yaranır. Ən çox da səhər tezdən işə gedərkən, bu hallar qaçılmazdır. Əsas səbəb isə, həmin radiuslu yerlərin hər birində ödənişin tətbiqidir.

Cəmiyyəti maraqlandıran əsas sual isə, bu qədər pullu dayanacaqların olmasına görə, qurum nə qədər qazanır? Bizə şəffaf açıqlama verilə bilər?

Digər bir məsələ orada işləyən işçilərin maaşlarıdır. Çünki son vaxtlar parklanmanın bəzi işçiləri maaşlarından narazı idi.

Ümumilikdə, bu tip suallara cavab almaq üçün Samir Cəlladovla əlaqə saxlamaq istəsək də, alınmadı. Bizə bildirildi ki, suallara cavab vermək onun səlahiyyətlərinə daxil deyil. AYNA-nın mətbuat xidmətinə ümvanladığımız sualların cavabı hələ də cavabsız qalıb.

 

Tacxeber.com

Oxşar xəbərlər

DİN Qəbələdə azyaşlının döyülməsi məsələsinə münasibət bildirdi.

admin

Fuad Nağıyevə sərt ittihamlar – “Tahir Əmiraslanovu Şuşadan qovdu”

redaktor

İki vur ikinin dörd olduğu ölkə: azadlıq illüziyası və köləliyin könüllü forması

redaktor