GündəmSiyasət

İslanan rejim

Əlbəttə, Azərbaycanda heç nə təəccüblü deyil. Amma çox şey utancvericidir.

300-dən artıq siyasi məhbusun olduğu, müstəqil mətbuatın dəfn edildiyi, seçkinin ləğv olunduğu ölkədə müxalifət partiyasının sədrinə pasport verilməməsi rejimin mahiyyətinə uyğundur.

Amma bu utancverici qərarı qəbul edib və bundan bütün dünyanın xəbərdar olmasından xəcalət çəkməmək başqa bir səviyyədi.

Əslində, Əli Kərimliyə heç bir ağlabatan səbəb olmadan pasport verilməməsi, rejimin bütün dünya qarşısında rüsvayçılıq pasportu almasıdır.
Atalar sözündə deyilir ki, islanmışın yağışdan qorxusu olmaz.

Bunlarda isə vəziyyət lap acınacaqlıdı, bunların libasının quru vaxtı olmur, ilin hər günü islanmış vəziyyətdədilər.

 

İlham Hüseyin

Tacxeber.com

Oxşar xəbərlər

Ermənilərlə görüşən Azərbaycan rəsmisi danışdı – VİDEO

redaktor

Oğlunun oğurlandığı deyilən deputat DANIŞDI

redaktor

AMEA prezidentinin övladları: bir oğlu general, biri Nazirlər Kabinetində çalışır, qızı isə rəisdir

redaktor