GündəmSiyasət

İslanan rejim

Əlbəttə, Azərbaycanda heç nə təəccüblü deyil. Amma çox şey utancvericidir.

300-dən artıq siyasi məhbusun olduğu, müstəqil mətbuatın dəfn edildiyi, seçkinin ləğv olunduğu ölkədə müxalifət partiyasının sədrinə pasport verilməməsi rejimin mahiyyətinə uyğundur.

Amma bu utancverici qərarı qəbul edib və bundan bütün dünyanın xəbərdar olmasından xəcalət çəkməmək başqa bir səviyyədi.

Əslində, Əli Kərimliyə heç bir ağlabatan səbəb olmadan pasport verilməməsi, rejimin bütün dünya qarşısında rüsvayçılıq pasportu almasıdır.
Atalar sözündə deyilir ki, islanmışın yağışdan qorxusu olmaz.

Bunlarda isə vəziyyət lap acınacaqlıdı, bunların libasının quru vaxtı olmur, ilin hər günü islanmış vəziyyətdədilər.

 

İlham Hüseyin

Tacxeber.com

Oxşar xəbərlər

Saziş hazırlanır: İran İrəvana ordu göndərəcək – SEPAH kanalı

admin

Dünyada bütün istiqamətlər üzrə 5 aylıq fiasko idarəçilik var – Şahin Cəfərli

admin

Daha 20 il də Rusiyanın “mərhəmətinə” güvənməlidir ki, nəsə olsa xəbər edəcəklər bizə?

admin