24.2 C
Bakı
28 İyun 2026 20:04
CəmiyyətDigər

İcra başçısı ilə birgə həbs edilən şəxs azadlığa çıxdı

Kürdəmirin keçmiş icra başçısı Ceyhun Cəfərovla birgə məhkum edilmiş mühasib də vaxtından əvvəl azadlığa buraxılıb.

Tacxeber.com “Qafqazinfo”ya istinadən xəbər verir ki, yerli məhkəmə Rəcəb Hüseynovun həbsinin qalan 5 ayını şərti hesab edib.

R.Hüseynov bir müddət əvvəl cəzaçəkmə müəssisəsindən azad edilib.

Amma prokuror bu qərarla razılaşmayıb, məhkumun yenidən həbs edilməsi üçün protest verib. Bakı Apellyasiya Məhkəməsi prokurorun protestini əsaslı hesab etməyib.

Xatırladaq ki, eks-icra başçısı Ceyhun Cəfərov da vaxtından əvvəl cəzadan azad edilmişdi. Artıq onun şərti məhkumluq müdddəti də başa çatıb.

Təhsil Şöbəsinin baş mühasibi işləmiş Rəcəb Hüseynov C.Cəfərovdan 1 il sonra-2021-ci ilin oktyabrında korrupsiya ittihamı həbs edilib. Yekun qərarla ona 4 il 4 ay həbs cəzası kəsilmişdi.

Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

Oxşar xəbərlər

Qırmızı soğan xolesterin və şəkəri 50% azaldır – ALİMLƏR

admin

“Xocalı geri alınana kimi siqaret çəkəcəyəm” – Tahir Kərimli

admin

Bu savadsız hakimi hardan tapmısınız, cənab nazir?

admin