Polşalı satirik Stanislav Yeji Les yazırdı: «Ürək və ağıl arasında gedən mübarizədə sonda mədə qalib gəlir». Doğrudan da — artıq Şəhərsalma və Memarlıq üzrə Dövlət Komitəsindəki korrupsiya haqqında yazmaq gülünc görünür. Ondan geri qalmayan Mədəniyyət Nazirliyidir.

Baxın özünüz: şəhərin düz mərkəzində, akademik Ə.K.Əlizadə və M.Ə.Rəsulzadə küçələrinin kəsişməsində (əvvəllər geniş olan küçədən indi yalnız restoranlar arasında dar bir keçid qalıb) daha bir eybəcər restoran tikilil.

Kim verib bu dövlət tərəfindən qorunan memarlıq abidəsinə qarşı edilən bu kobud «əlavəyə» icazəni?
Bu şəhərin taleyini bu gün qərar vermək hüququ əldə etmiş vicdansız insanlar müəyyən edir. Başqalarının sevgi ilə yaratdığı şəhəri satırlar, ictimai məkanları bölüşdürür, tarixi memarlığı məhv edir, oğurlayırlar — sonra isə «qaqa» kimi gəzib etdiklərindən zövq alırlar. Utanmadan camaat içinə çıxır, şəhərsalma forumlarına, qəbullara, təqdimatlara, konsertlərə gedirlər…

Amma mətbuata və televiziyaya qulaq assanız, hər şey guya qaydasındadır: restoranlar yağışdan sonra göbələk kimi artır, xalq kef edir, memarlıq isə məhv edilir. Şəhər artıq məmurlar üçün ev yox, açıq səma altında bir bufetə çevrilib. Əsas odur ki, mətbəx zəngin olsun, vicdan isə — bu gün pəhrizdədir. Ölkədə hər şey talanır, israf olunur, yeyilib tükənir.
Bəs sabah bizi nə gözləyir?
Sabah bir restoran da tikəcəklər — vicdanın qalıqlarının yerində, «vətənpərvərlik» sousu ilə. Axı yaxınlarda «Dəniz Mall»da birini də açdılar — adı da «Vətən»dir. Bizi yaddaşsız bir şəhər gözləyir — fasadların yerində reklam lövhələri, mədəniyyətin yerində səs-küy, vicdanın yerində isə iştaha olacaq.
Memar – .Elçin Əliyev
