31 C
Bakı
13 Avqust 2026 17:28
CəmiyyətGündəm

Bağlı sərhədlər: İnsan hüquqlarının kobud pozuntusu

Birləşmiş Millətlər Təşkilatının qəbul etdiyi “Ümumdünya İnsan Hüquqları Bəyannaməsi”nin 13-cü maddəsində deyilir:

Hər bir insan, hər bir dövlətin hüdudları daxilində sərbəst hərəkət etmək və özünə yaşayış yeri seçmək hüququna malikdir

Hər bir insan, öz ölkəsi də daxil olmaqla istənilən ölkəni tərk etmək və öz ölkəsinə qayıtmaq hüququna malikdir.

Azərbaycan BMT-nin üzvü olaraq, bu Bəyannaməni qəbul edib və imzalayıb. Lakin, hakimiyyət, Bəyannamədə sadalanan insan hüquqları ilə bağlı, digər tələblərlə yanaşı, bu hüququ da təmin etmir. Ölkənin quru sərhədlərinin heç bir əsas olmadan beş ildən bəri bağlı saxlanması, insanların sərbəst hərəkət, ölkəni tərk etmək və ölkəyə qayıtmaq hüquqlarını kobud surətdə pozur. On milyon insanın ən ümdə hüquqlarından biri olan, sərbəst hərəkət etmək hüququnun bu qədər kobud formada pozulmasının məsuliyyətini, ölkə prezidenti İlham Əliyev daşıyır.

 

Namizəd Səfərov

Tacxeber.com

Oxşar xəbərlər

Laçında “LAÇIN” yazısının hər hərfinə 100 min manat xərclənəcək. Bir hərfə — 100 min manat

redaktor

Azərbaycanda iyulda illik inflyasiya 5,8 faiz olub, ərzaq 7,3 faiz bahalaşıb

admin

Yaşanmış insidentlə bağlı “Sabah” klubu bəyanat yayıb

admin