22 C
Bakı
06 Oktyabr 2025 13:33
DigərDünyaİqtisadiyyat

Kiçik ideyadan milyard dollarlıq sərvətə

Xavier Niel Fransada anadan olub. Orta təbəqəli ailədə böyüyən Niel uşaqlıqdan texnologiyaya xüsusi maraq göstərirdi. 15 yaşında ilk dəfə kompüterlə tanış olanda bu maraq onun həyat yolunu tamamilə dəyişdi. O, saatlarla kod yazır, sistemlərin necə işlədiyini öyrənir, özünü təcrübə ilə inkişaf etdirirdi. Bu, sadəcə hobbiyə çevrilmədi – gələcəyinin təməlini qoydu.

19 yaşında məktəbi tərk etdi. Ətrafındakıların çoxu bu qərarı uğursuzluq kimi görsə də, Nielin düşüncəsi fərqli idi. O, Fransada internetdən əvvəl mövcud olan “Minitel” adlı rabitə sistemində xidmət göstərən platforma yaratdı. İnsanlar bu sistem vasitəsilə onlayn elanlar, mesajlar və məlumat paylaşa bilirdilər. O dövr üçün bu, həm texnoloji, həm də kommersiya baxımından cəsarətli addım idi.

Bu layihə ilə ilk real gəlirini qazanan Niel, sonrakı illərdə telekommunikasiya və internet sahəsində böyük addımlar atdı. Onun ən mühüm layihəsi isə “Free” brendinin qurulması oldu. “Free” Fransada interneti və mobil rabitəni daha ucuz, sürətli və əlçatan etdi. Bu, bazarda inqilab yaratdı və Nielin adını ölkənin ən nüfuzlu sahibkarları sırasına yazdı.

Hazırda “Xavier Niel”in sərvəti “Forbes”in 2025-ci il siyahısına əsasən təxminən 13 milyard ABŞ dolları civarındadır. “Bloomberg Billionaires Index” isə onun sərvətini 14,3 milyard dollar olaraq qiymətləndirir. Bu sərvət əsasən telekommunikasiya, texnologiya və daşınmaz əmlak investisiyalarından gəlir.

Bütün bunlara baxmayaraq, Niel sadə həyat tərzini qoruyur və gənclərin təhsilinə böyük diqqət ayırır. O, “École 42” adlı proqramlaşdırma məktəbinin təsisçisidir – burada tələbələr pulsuz təhsil alır və praktiki şəkildə kodlaşdırma öyrənirlər. (Valyuta.az)

 

Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

Oxşar xəbərlər

Günəşdə güclü partlayışlar baş verdi

redaktor

Trampa qarşı impiçment prosesini başladacaq

redaktor

Tramp miqrantları təhqir etdi: “Manyakdırlar, qəribə dillərdə danışırlar”

redaktor