CəmiyyətGündəmŞikayətSiyasət

“Məhkəmədə Azər Qasımılının üzünə duran kəs” Samirə Qasımlı yazır

Azər Gasimli həbs olunandan bəri hakimiyyət hər vəchlə çalışır ki, bu işi siyasi yox, iki nəfər arasında olan mülki iş kimi təqdim etsin. Amma məsələ burasındadır ki, son “məhkəmə” iclasında çıxışında da Azər Qasımlı bunu vurğuladı ki, əgər bu iş doğrudan da siyasi olmasaydı işə Ağır Cinayətlər Məhkəməsində deyil, kommersiya və ya mülki məhkəmədə baxılardı. Məhz Azər Qasımlını həbs etmək üçün iki şəxs arasında olan problemi Mingəçevir Məhkəməsindən Ağır Cinayətlər Məhkəməsinə gətirdilər.

Dünən dostlardan biri mənə hakimiyyətin əlaltı “media”sında çıxan, Azər Qasımlının üzünə duran şəxsin yazdığı satutusu göndərib. Bu “media”lar üzəduran şəxsin statusunu paylaşırlar, amma nə özləri “məhkəmə”yə gəlib həqiqəti öyrənmək istəyirlər, nə də qarşı tərəfin nə vəkilindən, nə də ailəsindən şəxs haqqında yazılan böhtanlara aydınlıq gətirmək istəyirlər. Ona görə də mən həm bu “məhkəmə”lər, həm də bu “media”lar haqqında yazanda dırnaq işarəsində yazıram. Çünki bizim bu gördüklərimiz sivil cəmiyyətin sütun institutlarına qarşı təhqirdir…

Azər Qasımlının üzünə duran şəxsə gəlincə. Bir dəfə dostlardan biri mənə dedi ki, “siz, o adama çox da fikir verməyin, bilmək olmaz hakimiyyət onu necə qorxudub ki, o yazıq da bu yola düşüb”. Düzü, bu söz məni tutdu. Amma istintaq sənədləri ilə tanış olduqdan sonra və Şəki Kommersiya Məhkəməsində baş verən insidentdən sonra mənə aydın oldu ki, hakimiyyət bu adamı Azər Qasımlının üzünə durdurmaq üçün çox da özünü yormayıb. Şəki Kommersiya Məhkəməsində Azər Qasımlının həmin “məhkəmə” proseslərində iştirakına imkan vermədiklərinə görə onun hüquqi təmsilçisi kimi mən iştirak edirdim. Prosesdə mən və hakim israrla bu adamdan soruşurduq ki, “sən, Azər Qasımlıya borcunun olması barədə qəbz yazıb və ona imza atmısan, bunu niyə etdin?” Adam bu suala cavab vermək istəmirdi və israrla cavabdan yayınırdı. Bu adam cavabdan yayındıqca, zalda onun atasının yanında oturan və əmisi olduğunu deyən şəxs özünü həlak edirdi ki, “de, danış da, danış sən, niyə o sənədə imza atdın”. Əmisi bu adamın əvvəlcədən hazırlanan ssenari üzrə oynamamasına dözməyib əsəbi şəkildə hələ onu təhqir də etdi. Fasilədə bütün kartların üstü açıldı. Əmi Azər Qasımlının üzünə duran şəxsə dedi ki, “axı, sən, niyə hakimə demədin ki, podyezdə boksyorlar sənin qolunu burub zorla maşına basıb apardılar və sən də məcbur olub həmin sənədə imza atdın?”…

Mənimlə Şəki Kommersiya Məhkəməsinə gedən vəkil Xalid Bağırov prosesdən sonra dedi ki, “Qurbanəli məni və Meteni (Türksoyu) görüb bu yalanı danışmağa cürət etmədi. O, elə bildi ki, sən məhkəməyə tək gələcəksən. O, bizi görəndə duruxdu”.

Bu adam mənə faşistlərin yəhudi düşərgələrindəki yəhudiləri xatırlatdı. Faşist zülmünün altında əzilən soydaşlarını qamçılayaraq, əzərək faşistlərə xidmət edən bir ovuc yəhudini. Fərq etməz müharibə şəraiti olsun və ya sivil dövrdə naqislər hər zaman şərə xidmət ediblər. Onlar üçün insan həyatının heç bir dəyəri yoxdur. Hətta öz ailəsi olsa belə…

Bunu ona görə yazıram ki, Azər Qasımlıya qarşı cinayət işinə öz uşağını belə alət etmiş bu üzəduranın birinci həyat yoldaşı ilə və həmin xanımın atası ilə danışdım və eşitdiklərimdən, adamın etdiklərindən dəhşətə gəldim. Mən o qadınla ona görə əlaqə saxladım ki, adam “məhkəmə”də dedi ki, “Azər Qasımlı mənim ailəmi dağıdıb”. Bu adama sual veriləndə ki, “necə dağıdıb?” cavab belə oldu ki, “o, mənə zəng edib pulunu istəyirdi, ona görə də ailəm dağıldı”. Məsələ burasındadır ki, işdə yeganə birbaşa şahid ola biləcək bu qadını şahid kimi işə cəlb etməyiblər. Bu qadınla həm də ona görə danışdım ki, üzəduran şəxs Azər Qasımlının guya onun birinci nigahdan olan uşağını oğurlatdıracağını deyir. Yəni bu uşağın anası şahid kimi prosesə cəlb olunmayıb…

Ümumiyyətlə, Azər Qasımlıya qarşı irəli sürülən ittihamı sübut edəcək bircə dənə də fakt və şahid iş materiallarında yoxdur. Azərin dediyi kimi bu ittiham yox, antiittiham aktıdır.

Bu adamın “məhkəmə”dəki danışıqlarından və özünü aparmasından belə başa düşürəm ki, ictimai qınaq onu narahat edir.

Bu gün bizim cəmiyyətin yeganə açıq informasiya pəncərəsi sosial şəbəkələrdir. Biz şərə qulluq edən insanları, ləyaqətli və dürüst insanların həyatlarını məhv edən Qurbanəli Yusifov kimi üzəduranları cəmiyyətə tanıtmalıyıq. Buradakı dostlardan bu postu paylaşıb adamların həqiqəti bilmələrinə kömək etməyinizi xahiş edirəm.

Samirə Qasımlı

Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

Oxşar xəbərlər

Bələdiyyə seçkiləri başladı – 16 min 92 namizəd mübarizə aparır

redaktor

Bilal Əliyev: “Qiymətlər normaldır, sadəcə, cənab Prezident ildə bir az maaşları, pensiyaları, təqaüdləri artırsa, hər şey yaxşı olacaq…”

redaktor

İki şəhid verən Məmmədovlar ailəsi: “Əkizlərimiz oldu, bizə təsəlli verirlər”

redaktor