18 C
Bakı
02 Oktyabr 2025 18:29
CəmiyyətİqtisadiyyatMaraqlıTexnologiya

MDB-də ÜDM artımını görə sonuncu yerdəyik

“Telegram”-ın qurucusu və sahibi Durov Qazaxıstandadır, “Digital Bridge 2025” forumunda iştirak edir. Tədbir zamanı Durov elan edib ki, “Telegram” öz “Alem AI” süni intellekt labaratoriyasını Asatanada quracaq, bu sahəyə yüzmilyonlarla dollar investisiya yatırılacaq.

Özbəkistanda isə son rəqəmlərə görə 16 min 600 xarici investisiya layihəsi qeydiyyatdan keçib və artıq fəaliyyət göstərir. Tək bu il Çin şirkətləri 5,5 mlrd. dollar, ABŞ şirkətləri isə 4,2 mlrd. dollar Özbəkistana investisiya qoyublar. Dost ölkədə 16600 xarici investisiyarın 3400-ü sırf istehsalla məşğuldurlar, 1200 şirkət tikinti sahəsində, İKT sahəsində 1250, loqistikada 551, aqrar sahədə 404 xarici şirkət fəaliyyətdədir.

Bunları niyə yazdım: bu günlərdə “Qlobal İnnovasiya İndeksi 2025” açıqlanıb, İKT xidmətləri ixracında Azərbaycan MDB-də sonuncu yerdədir.

Ölkəyə investor gəlmir, məmləkətin gündəmi “adnanfason” və Co kimi “iş adamları”, onların məmur dostları ilə birgə törətdiyi korrupsiyanın dəhşətli miqyası, MDB-də ÜDM artımını görə sonuncu yerdə olmağımız, adambaşına düşən ÜDM-ə görə Gürcüstandan, Ermənistandan geri qalmağımız, nəqliyyatda qiymət artımı, cərimələrin yüksəlməsi, sosial problemlər, və s.

Adam üzülür, əvvəl Avropa ölkəri kimi olmağı xəyal edirdik, indi biznes mühitinin, heç olmasa, Qazaxıstanda, Özbəkistanda, Gürcüstandakı kimi olmasını arzulayırıq.

Bax belə ePoxada yaşayırıq…

Natiq Cəfərli

 

Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

Oxşar xəbərlər

Torpaqda eşələnən böcəklər də, qarışqalar yoxa çıxıb.

admin

Tofiq Yaqublunun səhhəti hər keçən dəqiqə daha da pisləşir.

admin

AXCP üzvünə 10 sutka həbs cəzası verilib

admin