“Fakt Yoxla” Azərbaycanda bələdiyyələrin sayı və hazırkı vəziyyəti barədə araşdırma edib.
Azərbaycanda 2 iyul 1999-cu ildə Bələdiyyələrin statusu haqqında qanun qüvvəyə minib.
İlk bələdiyyə seçkiləri 1999-cu ilin dekabrın 12-də keçirilib. – İlk illərdə Azərbaycanda təxminən 2700 bələdiyyə mövcud idi.
2024-cü ildə qanuna edilən dəyişiklikdən sonra 1400 bələdiyyənin birləşməsi nəticəsində 480 yeni bələdiyyə yaradılıb və ölkə üzrə bələdiyyələrin ümumi sayı 685 olaraq müəyyənləşib.
2025-ci ilin yanvarın 29-da keçirilmiş Bələdiyyə Seçkilərinin ümumi yekunlarına dair Mərkəzi Seçki Komissiyasının Protokoluna əsasən, 685 bələdiyyə üzrə seçkilər keçirilib – 682 bələdiyyənin nəticələri etibarlı, 3 bələdiyyə etibarsız.
Hazırda bələdiyyələr Bakının hər rayonunda yaradılsa da, Azərbaycan Avropa Şurasına üzv olan yeganə dövlətdir ki, onun böyük şəhər bələdiyyəsi yoxdur.
Azərbaycanda bələdiyyələrin 2024-cü il üzrə büdcə gəlirləri 63 milyon manat (~ 37 milyon dollar) olub
Bakı bələdiyyələrinin ümumi gəliri Yerevan şəhər bələdiyyəsinin gəlirlərindən 40 dəfə, Tbilisi şəhər bələdiyyəsindən isə 80 dəfə azdır.