18 C
Bakı
02 Oktyabr 2025 14:08
CəmiyyətŞikayət

Dövlət televiziyasında ayrıseçkilik: Qonararımız kəsilib, maaşlarımız azaldılıb

Naxçıvan Dövlət Televiziyasının bir qrup əməkdaşı diskriminasiyaya məruz qaldığını bildirir. Onların sözlərinə görə, ayrıseçkiliyi salan sədr vəzifəsini icra edən İlhamə Novruzovanın özüdür. O, yaxın ətrafını vəzifəyə çəkir, onlara haqq etmədikləri yüksək qonorarlar yazdırır. Novruzovanın ətrafında olmayanların isə vəzifələri əlindən alınır, maaşları aşağı salınır, qonorarları isə mənimsənilir.

Əməkdaşlar bildirirlər ki, yazılan artıq qonorarlar İlhamə Novruzova ilə bölüşdürülür:

“ İlhamə xanım təhsilsiz, peşəkarklıqdan uzaq olan öz yaxınlarını maaşı yüksək olan vəzifələrə təyin edir, onlara lüzumsuz proqramlar hazırlatdıraraq ağıla sığmayan məbləğdə qonrarlar yazır.

Televiziyada rəhbərlik dəyişəndə sevindik ki, daha yaxşı olacaq. Lakin əksi oldu. Vəziyyət daha da pisləşdi. Rəhbərlik öz yaxın ətrafı vasitəsi ilə digər əməkdaşları açıq-aşkar təhdid edir, onların haqqına girir. Vəzifələrini aşağı salır, maaşlarını azaldır, qonrarlarını kəsir.

Qonararlar isə seçilmiş adamlara yazılır, özü də çox yüksək məbləğlərdə. Daha acınacaqlısı odur ki, həmin qonararlar sonra sədrlə həmin adamlar arasında bölünür. Bu yolla televiziyaya ayrılan pullar mənimsənilir.”

Şikayətçilər bildirir ki, ötən ay Maliyyə Nazirliyi televiziyada yoxlama da aparıb. Ciddi nöqsanlar, yeyintilər aşkarlansa da, heç bir tədbir görülməyib. Bu səbəbdən televiziyada qanunsuzluqlar hələ də davam edir.

Mənbə: Gündəlik Naxçıvan

 

Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

Oxşar xəbərlər

Tələbənin geyimi vacibdir, yoxsa savadı?

redaktor

“Dənizə ailəsi ilə çimməyə gedən kişilərin necə qeyrəti çatır ki, arvadını busqalterlə digər kişilərə göstərir?”

admin

Bakıda restoranda yeyib-içən ailə hesabı ödəmədən ağlasığmaz yolla oradan qaçdı – ANBAAN VİDEO

redaktor