19 C
Bakı
30 Sentyabr 2025 21:56
CəmiyyətGündəmŞikayət

Hamı narazıdır amma hamı da susmur

Azərbaycan insanının böyük əksəriyyəti hazırki sosial durumdan narazıdır. Əlbətdə bu sosial narazılıqların əsaslı səbəbləri var:

– Məmləkətdə məmur özbaşnalığı günbəgün artır. Ölkədə rüşvət almaq və vermək adiləşib, demək olar ki, dövlət qurumlarında rüşvətsiz iş görülmür.

– Təhsil və səhiyyə sistemi sözün əl mənasında çökür.

– İcra hakimiyyəti məmurları görməli olduqları işlərdən başqa bütün işlərlə məşğuldurlar. Bütün bunalara rəğmən xırdəkə qədər korrupsiyaya batmış məmurlara qarşı heç bir ölçü götürülmür. Çünki ölçü götürməli orqanlar da korrupsiya məngənəsində çabalayır.

– İnsanların yaşam səviyyəsi Qafqaz respublikaları arasında ən aşağı səviyyədədir.

– Yer kürəsində tək-tük ölkə tapılar ki, orada “uşaq pulu” verilməsin, o tək-tüklər sırasında Azərbaycan da var.

– Azərbaycanın quru sərhədlərinin səbəbsiz olaraq bağlı olmasını heç yalançı deputatlarımız da əsaslandıra bilmirlər.

– Ölkə əhalisinin böyük hissəsinin cəmləşdiyi Bakı şəhərinin yol-nəqliyyat sistemi bir başqa stressdir.

– Məmləkətdə adam kimi seçki olmur, demokratik dəyərlər qeybə çəkilib, məhkəmə sistemi yoxa bərabərdir, etiraz etmək hüqundan danışnağa dəyməz və s.

Zənn edirəm ki, sosial narazılıqlara səbəb olan bu problemləri sonsuzluğ qədər uzatmaq olar.

İnsaf naminə qeyd etmək lazımdır ki, Azərbaycanda yaxşı olan tək bir şey Qarbağın qaytarılması olub.

Zənn edirəm ki, sadaladığım bu fikirlərimlə insanlarımızın böyük çoxluğu razıdır.

Normalda bu sadaladıqlarım sosial problemlər müxalifət üçün münbit şərait yaradır ki,  hakimiyyətə gəlsin.

Lakin müxalifətimiz iqtidarımızdan da pis vəziyyətdədir. Belə ki, insanlar müxalifətə olan  inamlarını hələ çoxdan itiriblər. Bu səbəbdən müxalifət “liderləri” öz funksiyalarını blogerliklə etməklə bitmiş hesab edirlər.

Əllərinə əsas düşüb ki, insanlar siyasətdən uzaq düşüblər, öz talelərinə biganə olublar, həbs olunmaq qorxusundan müxalifətə qoşulmurlar, və s. bu tipli arqumentlər.

Zənn edirəm ki, ki, müxalifət “liderləri” yanılırlar. Əlbətdə sadalanan səbəblər də əsaslı səbəblərdir. Amma yetərli deyil. Niyə? İndi niyəsini izah edəcəm.

Əgər adam sosial şəbəkə üzərindən bu və ya digər problemini çəkib, işıqlandırırsa, demək ki, insanlar baş verən hadisələrə heç də zənn edildiyi kimi biganə deyillər. Bu fikrimlə çoxlarınız razılaşacaqsınız, amma düşünəcəksiniz ki, axı qabartdıqları problemlərinin fonunda ölkə Prezidentindən kömək istəyirlər. Bəli, haqlı fikirdir. Amma adamı da anlamaq lazımdır ki, bu yolla o, müxalifətçi olmadığıdı bildirir. Hansı ki, o, özü də bilir ki:

– Şikayət etdiyi İcra başçısını bura məhz Prezident təyin edib.

– Məhz Prezidednt məmur özbaşnalağına göz yumur, məhz onun göstərişi ilə quru sərhədlər 5 ildir bağlıdır, onun göstərişi ilə ölkədə qazın, suyun, işığın, nəqliyyatın qiyməti qalxır.

– Prezidentin razılığı olmasa bizə addımbaşı əsassız cərimələr yazılmaz.

-Prezident göz yummasa məmurlar milyonçu olmazlar.

Bir sözlə ” kor da bilir ki, balıq şordur”.

Demək ki, insanlar etiraz edirlər və baş verənlərə göz yummurlar. Belə olan təqdirdə müxalifətin üzərinə bu etirazşı kütləni təşkilatdırmaq düşür.

Yəni etirazlar adda-budda yox, təşkilatlanmış şəkildə olmalıdır ki, iqtidar da xalqdan çəkinsin. Amma görünən odur ki, müxalifət bu işin öhdəsindən gələ bilmir. Dolayısı ilə iqtidarın güçlü olduğunu etiraf edirək yaxasını qırağa çəkib. Bəli bu həqiqətdir. Həqiqət də budur ki, iqtidar hər keçən gün güclənir, sən isə əksinə əriyirsən ey müxalifət. Belə olan təqdirdə sən nəyə lazımsan cənab müxalifət?

(Ardı var)

Kefsiz İsgəndər

 

Tacxeber.com

Bizimlə əlaqə: Tacxeber.com

Oxşar xəbərlər

Teymur Musayevin ölüvay susqunluğu və ya xəstənin üstündə “qılınc-qılınc” oynadanlar – REPLİKA

redaktor

Ey Amerika, sənin orada nə işin var? – ƏRDOĞAN

redaktor

Tetrasklin, tibbi spirt üçün İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Deputatın şirkəti ilə 4.7 milyon manat köçürəcək.

admin