19 C
Bakı
30 Sentyabr 2025 13:51
CəmiyyətDigərDünya

Məmurlar ağzını açanda deyir ki, Avropada ictimai nəqliyyat daha bahadır.

60 qəpik, gündə yalnız bir ictimai nəqliyyat növü ilə bir dəfə gedib qaytmaq üçün edir 1 manat 20 qəpik. Yəni 30 günə 36 manat.

Mən Parisdə 88 avro verirəm aylıq biletə.

Belə baxanda, manata çevirəndə xeyli baha görünür. Amma və lakin:

İndi Azərbaycanda minimum əmək haqqı 400 manat, Fransada isə 1800 avrodur.

Mənim Parisdəki biletimin limiti yoxdur. Yəni gündə istədiyim qədər metro, avtobus, tramvay, elektrik qatarına minə, dəyişdirə bilərəm, limiitsiz.

Üstəgəl, bu aylıq bilet təkcə Parisdə harasa getmək üçün yox, paytaxtın yerləşdiyi, 12 min kvadrat kilometr ərazisi olan İIl de France əyalətinin istənilən yerinə gedib-gələ billmək üçündür. 12 min kvadrat kilometr Bakı, üstəgəl Abşeron. Qobustan, Şamaxı, İsmayıllı, Oğuz, Qəbələ rayonlarının cəmi ərazisindən böyükdür. Yəni mənim biletim həmçinin bu boyda ərazidə işləyən qatarlarda da keçərlidir. Bakıda elə qulağının dibində aeroporta gedən avtobusun qiyməti artıq 60 qəpikdən iki-üç dəfə bahadır. Özü də xüsusi avtobusdir. Halbuki elə həmin 60 qəpiklik ictimai nəqliyat marşrutları işləməlidir. Bakıdır da, paytaxtın inzibati ərazisidir.

Üstəgəl, nəzərə alın ki, Parisdəki bilet 60 yaşından yuxarılar, tələbələr-filan üçün daha ucuzdur.

Bütün bunları nəzərə alsanız, məlum olacaq ki, Parisdə nəqliyyat bizimkindən sadəcə ucuz yox, bir xeyli ucuzdur.

Hələ desəm ki, işçilərin bilet pulunun bir hissəsini iş ödəyir, ümumiyyətlə ağlamalı, amma həqiqəti əks etdirən fərq yaranacaq.

Niyə bunu yazıram. Çünki bizim məmurlar ağzını açanda deyir ki, Avropada ictimai nəqliyyat daha bahadır. Halbuki, diqqətlə baxanda gördüyünüz kimi Avropanın ən bahalı iki-üç şəhərindən birində belə elə deyil. Hələ onu demirəm ki, Avropada Tallin, Lüksemburq kimi öz vətəndaşları üçün ictimai nəqliyyatın tamamilə pulsuz olduğu şəhərlər də var.

Yadıma düşmüşkən bir-ikisini də əlavə edim:

1) Mən yazdım ki, aylıq bilet 88 avrodur. Amma bu, dediyim kimi bütün İl de France əyaləti, yəni 1-5 zonası üçündür. Əgər sizin eviniz və işiniz 1-2, yaxud 4-5 və sairə zonaları çərçivəsindədirsə, onda sırf o zonalarda etibarlı daha ucuz bilet ala bilərsiniz. Bu zaman biletiniz iş günlərində həmin zonada gün ərzində istənilən qədər nəqliyyata minməyə imkan verir. Şənbə-bazar, bayram günləri isə həmin bilet artıq bütün 1-5 zonasında etibarlı olur.

2) Əgər aylıq bilet deyil, illik alırsınızsa, qiymət bir az da düşür.

Altay Göyüşov

 

Tacxeber.com

Bizimlə əlaqə: Tacxeber.com

Oxşar xəbərlər

Qorxunc virus yayılıb: Halsızlıq, qızdırma… – Əhaliyə xəbərdarlıq

redaktor

Rusiya SSRİ-nin şöhrətini qaytarır?

admin

Dünyanın ən böyük külək elektrik stansiyası işə salındı

admin