19 C
Bakı
29 Sentyabr 2025 13:32
CəmiyyətGündəmİqtisadiyyat

Qiymət artımı yox, keyfiyyətli nəqliyyat islahatı lazımdır

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Kollegiyası avtobus marşrutları və metroda sərnişindaşıma üzrə gediş haqqını 20% artırıb.

Əvvəllər belə qərarları Tarif Şurası verirdi, indi nazirlik qiymətləri artırıb – maraqlıdır, nazirlik məsuliyyəti öz üzərinə götürməsi yaxşıdır, ümumiyyətlə, Konstitusiyaya zidd Tarif Şurası ləğv edilməlidir.

Nazirliyin açıqlaması insanı əsəbləşdirir, sitat: “İctimai nəqliyyatda daha keyfiyyətli xidmətin göstərilməsinə zərurət yarandığı bir dövrdə sərnişindaşıma xidmətinin davamlılığını təmin etmək və dövlət proqramında qarşıya qoyulan hədəflərə nail olmaq məqsədilə tariflərin tənzimlənməsi ilə bağlı müvafiq qərar qəbul edildi və yeni tariflər təsdiqlənib”.

İctimai nəqliyyatda son illərdə bir neçə dəfə qiyməti artırıblar, bu keyfiyyəti yüksəldibmi – təbii ki, yox. Qiymət artımı bacarıqsız idarə etmənin, qeyri-şəffaf xərcləmələrin, vətəndaşa yük etməkdir, başqa anlamı, məramı yoxdur. İstənilən sahədə rentabellik olmadıqda ilk görüləcək iş XƏRCLƏRİ azaltmaqdır, bizim hökumətin “məntiqində” isə ilk addım qiymətləri ARTIRMAQ olur. Daha bir maraqlı məqam budur ki, nəğd ödənişlərdə qiymət artmayıb, deməli, nazirliyin nəğd ödənişlərdə öz marağı var, bu yolla nəğd ödənişlər təşviq edilir.

Son 15 ildə 55 dəfə ictimai nəqliyyatda gediş haqqı ilə bağlı təkliflər vermişik, ödənişin zamana bağlı olmasının doğruluğunu sübut etmişik: saatlıq-günlük-aylıq-illik biletlər olmalıdır, zaman artıqca da qiymət enməlidir.
Kimə deyirsən, mədəni yanaşmanı qəbul etmirlər, bildikləri yol, vətəndaşı yükləməklə öz problemlərini həll etmək yoludur…

 

Natiq Cəfərli

Tacxeber.com

Oxşar xəbərlər

İsveçli nazirin QƏRİBƏ FOBİYASI: Onun olduğu iclaslarda…

redaktor

Trampın qələbəsi dollar-avro münasibətlərinə necə təsir göstərəcək? – “Euronews”-un araşdırması

admin

Rüfət Səfərovun həbs müddəti uzadıldı

redaktor