20 C
Bakı
20 Oktyabr 2026 04:27
DünyaSiyasət

Ukrayna Rusiyadakı neft nasos stansiyasını sıradan çıxarıb.

Sentyabrın 27-nə keçən gecə Ukrayna Təhlükəsizlik Xidmətinin pilotsuz təyyarələri Rusiyanın Çuvaş Respublikasında yerləşən Tinqovatovo neft nasos stansiyasına hücum edib. RBC-Ukrayna SBU daxilindəki mənbələrə istinadən xəbər verir ki, obyekt müvəqqəti olaraq sıradan çıxıb.

“Sentyabrın 27-nə keçən gecə SBU-nun “A” Xüsusi Əməliyyat Mərkəzinin uzaqmənzilli dronları Çuvaş Respublikasının Konar kəndində Ukraynadan min kilometrdən çox məsafədə yerləşən Tinqovatovo neft nasos stansiyasını hədəfə alıb”, – mənbə izah edib.

Onun sözlərinə görə, dəymiş ziyanın qiymətləndirilməsi başa çatana qədər stansiyanın fəaliyyəti dayandırılıb. Çuvaşiyanın rəhbəri də hücumu təsdiqləyib.

 

Tacxeber.com

Oxşar xəbərlər

Tehranın İslamabada sərhəd mesajı

redaktor

Sanksiya, yoxsa siyasi tamaşa?

redaktor

Nardarandan Berlinə: İran bayrağı nəyi ifadə edir?

redaktor