24 C
Bakı
22 İyun 2025 12:35
Dünya

“Araz kənarında təlimlər İsrailə cavab oldu“ – İranlı deputat

“Araz kənarında təlimlər İsrailə cavab oldu“ - İranlı deputat

“Araz kənarında təlimlər İsrailə cavab oldu“ – İranlı deputat


“İranın şimal-qərbində İranın Azərbaycanla sərhədində “Sepah”ın keçirdiyi hərbi təlimlər İsrailə həlledici cavab oldu”.

Tacxeber.az IRNA-ya istinadla xəbər verir ki, bunu İran parlamentinin deputatı Məhəmməd Səfayi deyib.

Onun sözlərinə görə, “Sepah”ın təlimləri İsrailin Azərbaycan və Mərkəzi Asiyadakı təsirinə, eləcə də İrana qarşı hansısa hiylə planlarına cavab idi.

Deputat İsrailin Azərbaycanda mövcudluğuna toxunub: “Sionistlər bununla İslam Respublikasının Mərkəzi Asiyadakı təsirini zəiflətməyə çalışırlar. Amma heç vaxt uğur qazana bilməyəcəklər”.

M. Səfayi vurğulayıb ki, İran Cənubi Qafqaz regionunda beynəlxalq sərhədlərdə hər hansı dəyişikliklə razı olmayacaq: “Sərhədlərin dəyişdirilməsi İslam Respublikasının maraqlarına ziddir. Ona görə də İslam Respublikası bu dəyişikliyin qəti əleyhinədir. Bu təlimlərin bədxahlara mesajı budur ki, İslam Respublikasının mənafeyinə xələl gətirən istənilən hərəkət düşmənlərə baha başa gələcək”.

Tacxeber.az

Oxşar xəbərlər

Rusiya qoşunlarının Xersondan çıxarılması Kremldaxili parçalanmaya səbəb olur

admin

Putin Qərbdəki yeganə dostunu da İTİRDİ: “İki dəfə zəng vurdum, CAVAB VERMƏDİ”

admin

Alimlərdən XƏBƏRDARLIQ – Zəlzələlər ola bilər

redaktor