Cəmiyyətİqtisadiyyat

Balıqçılıq zavodları Ekologiya Nazirliyindən alındı –QƏRAR

Nazirlər Kabinetinin qərarı ilə bir sıra müsissələr Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyindən çıxarılıb.

Tacxeber.com xəbər verir ki, bununla bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısı”nda dəyişiklik edilib.

Nazirlər Kabinetinin qərarına əsasən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində olan Azərbaycan Təcrübəvi Dəniz Balıqartırma Zavodu, Çaykənd Qızılbalıqartırma Zavodu, Kiçik Qızılağac Balıqartırma Təsərrüfatı, Tovuz Balıqartırma Təsərrüfatı və “Xıllı balıq” Məhdud Məsuliyyətli Cəmiyyəti ştat vahidləri və onlara məxsus əmlakla birlikdə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyinə verilib.

Bu qərar Prezident İlham Əliyevin imzaladığı “Azərbaycan Respublikasında dövlət əmlakının idarə edilməsinin təkmilləşdirilməsi üzrə Dövlət Proqramı”na əsasən qəbul edilib.

 

Tacxeber.com

Oxşar xəbərlər

Yağışın yağacağını əvvəlcədən hiss etdirən xəstəlik daha çox qadınları “sevir”

redaktor

“Allah eləməmiş, bu narkotik yayılsa, patıya şükr edəcəyik”

redaktor

“Deputatın bu qədər restoranı olar?!” – Eks-deputatdan sensasion açıqlama Siyasət

admin