22.5 C
Bakı
29 İyun 2026 05:30
Cəmiyyətİqtisadiyyat

Balıqçılıq zavodları Ekologiya Nazirliyindən alındı –QƏRAR

Nazirlər Kabinetinin qərarı ilə bir sıra müsissələr Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyindən çıxarılıb.

Tacxeber.com xəbər verir ki, bununla bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısı”nda dəyişiklik edilib.

Nazirlər Kabinetinin qərarına əsasən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində olan Azərbaycan Təcrübəvi Dəniz Balıqartırma Zavodu, Çaykənd Qızılbalıqartırma Zavodu, Kiçik Qızılağac Balıqartırma Təsərrüfatı, Tovuz Balıqartırma Təsərrüfatı və “Xıllı balıq” Məhdud Məsuliyyətli Cəmiyyəti ştat vahidləri və onlara məxsus əmlakla birlikdə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyinə verilib.

Bu qərar Prezident İlham Əliyevin imzaladığı “Azərbaycan Respublikasında dövlət əmlakının idarə edilməsinin təkmilləşdirilməsi üzrə Dövlət Proqramı”na əsasən qəbul edilib.

 

Tacxeber.com

Oxşar xəbərlər

İDDİA: Gəncə Dövlət Universitetində diplom almaq üçün tələbələrdən rüşvət tələb edilir? – VİDEO

redaktor

SOS! Yolunuzda “mandarin” var! -Aqil Rəhimov yazır…

redaktor

Lənkəranda vəzifəli şəxs küçədə vətəndaşı döydü

admin