21 C
Bakı
18 Sentyabr 2025 10:45
CəmiyyətDünyaSiyasət

Mübariz Əhmədoğlu: “Şiələrimiz Azərbaycan hökmdarını həm də özlərinin dini lideri kimi qəbul etməlidirlər”

Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin rəhbəri, politoloq Mübariz Əhmədoğlu “İran bizə deyir ki, bizim şiələr “Allahu əkbər, Xomeyni rəhbər” deməlidir. Niyə? “Allahu Əkbər, İlham Əliyev rəhbər”. O, hökmdardır, Quranda adı çəkilir” fikirlərinə görə tənqid edilməsinə münasibət bildirib.

M.Əhmədoğlu Pravda.az-a açıqlamasında deyib ki, görünür, fikir düzgün anlaşılmayıb.

“Bizim cəmiyyətin İranı tanımamağına görə bu məsələ ortaya qoyulub. Hamı elə başa düşür ki, İran vaxtilə Azərbaycana hərbi yardım edib. Xeyr, İran Azərbaycanda işğal inqilabı üçün baza yaratmaqla məşğul olub. Buna görə də İrandan gələn “SEPAH”çılar da, hərbçilər də Azərbaycanda hərbçilərimizə təlim vermək əvəzinə əhali arasında namaz qılmağı öyrədirmişlər, “Allahu Əkbər, Xomeyni rəhbər” deyirmişlər. Həmin vaxt İranın səfiri Nəvahəndi idi. Ulu öndər onu çağırıb video-lent verdi ki, bax, sizin hərbçilər Azərbaycanda nə işlə məşğuldur, Azərbaycan əsgəri deməlidir ki, Allahu Əkbər, Xomeyni rəhbər”, amma burada rəhbər mənəm. Həmin dövrdən xəbərdar olan adamlar bunu bilirlər. Burada vurğu “Allahu Əkbər, İlham Əliyev rəhbər” sözlərinin üzərində deyil, “Allahu Əkbər, Xomeyni rəhbər” sözlərinin üzərindədir. Mən demişəm ki, “Quran”da “Bəqərə” və digər surələrdə hər torpağın hökmdarı barədə ən az beş ayə var. Yəni bizim torpağımızın da hökuməti həm də onun dini lideridir. Bu gün İlham Əliyevə “rəhbər” deyilirsə, bu, Allah tərəfindən də, dinimiz tərəfindən də qəbul olunur. Bizim şiələrimiz Azərbaycan hökmdarını həm də özünün dini lideri kimi qəbul etməlidir. Deməmişəm  ki, İlham Əliyev ali dini lider, yaxud dini lider olsun. Sözlərim İrana cavab vermək rakursundadır. Təkrar edirəm, böyük əksəriyyət İranı bilmir, bilənlər də İranın siyasətinin mahiyyətini anlamır. Bunu izah etmək üçün o fikirləri demişəm”, – M.Əhmədoğlu bildirib.

 

Tacxeber.com

Oxşar xəbərlər

“Mən Putinə dedim ki, lənətə gəlmiş Moskvanın mərkəzinə zərbə endirəcəyəm!..” – Tramp

admin

Mədəaltı vəzin kistləri kimlərdə yaranır? – Müayinə və müalicə

redaktor

Səlim Müslümov bu faktlara görə ittiham olunur – MƏHKƏMƏ İŞİ

redaktor