Ölkədə yüksək çinli məmurların qanunsuzluqları sanki adi hal alıb.
Son günlər redaksiyamıza Abşeron İcra hakimiyyətinin qanunsuz əməlləri ilə bağlı bir neçə şikayət məktubları daxil olub.
Tacxeber.com olaraq şikayətlərdən birini araşdırarkən qəribə mənzərə ilə rastlaşdıq.
Hər birimiz bilirik ki, adi vətəndaş ona məxsus sənədli-sübutlu torpağında qanunvericiliyin tələblərinə uyğun olaraq, icra orqanları ilə razılaşdırılması tələb olunmayan kiçik tikili tikirsə həmən İcra hakimiyyətinin qoçu dəstələri şığıyırlar vətəndaşın üzərinə. Sanki adam böyük bir cinayət edib, halbuki vətəndaş 2-3 kv/m-lik sanitar qovşaq tikəcək. “Qoçular” istədiklərini almayanadək o, tikili tikilməyəçək.
Lakin bu dəfə Abşeronda (dairəvi yolun Saray ərazisindən keçən hissəsində, Novxanıya gedən istiqamətdə sağ tərəfdə) gördüklərimiz bizi şok etdi. Yəni yüksək gərginlikli xəttin altında inşa edilən tikilini konteynerlərlə gizlətməyə çalışıblar. Əlbətdə ki, Abşeron İcra hakimi Abdın Fərzəliyevin, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Komitənin Ərazi Tikinti-Planlaşdırma Mərkəzinin İdarə Heyyətinin sədri Ramin Abdullayevin və digər cavabdeh qurum rəhbərlərinin xüsusi xeyir-duası olmadan bunları etmək mümkün deyil.
Belə ki, Şəhərsalma haqqında qanuna əsasən qeyri yaşayış obyektlərinin tikintisinə nəzarət Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin və yerli icra hakimiyyətinin birgə nəzarəti ilə həyata keçirilir.
Tikintidə sm söhbətləri aparan Komitənin Ərazi Tikinti-Planlaşdırma Mərkəzinin İdarə Heyyətinin sədri Ramin Abdullayev və Abşeron RİH başçısı Abdin Fərzəliyev nə hikmətdirsə kantenerlərin arxasında gizlədilmiş (əslində gizlədilmiş deməkdə olmaz, dəvəquşu misalı) bu obyekti görmürlər. Hərçənd bu yol eyni zamanda Novxanı bağlarına gedən yüksək çinli məmurlarında gündəlik istifadə etdikləri yoldur.
Bu obyekt 110 kva elektrik xəttinin düz altında, yol zolağında inşa edilir. Bu qədər qanunsuzluq ondan xəbər verir ki, ortada ya böyük pullar oynayır, ya da obyekt elə çox yüksək çinli mərmurlardan kiməsə məxsusdur.
Xırda və orta iş adamları heç vaxt bu qələti edə bilməzlər. Böyük iş adamları da ona görə yazmadım ki, ölkəmizin böyük iş adamlarının hamısı məmurlardır.
P.S. Tacxeber.com olaraq məsələni diqqətdə saxlayacağıq.