15 C
Bakı
30 Mart 2026 21:37
CəmiyyətDigər

Adam kimi adam qalmaq ən zor işdir bu günün Azərbaycanında.

Aşağı-yuxarı ucdantutma hamı, əqidəsindən və siyasi mənsubiyyətindən asılı olmayaraq hər kəs məşhur rus müğənni Alla Puqaçovanın siyasi hakimiyyətə və onun sürüsünə çevrilmiş cəmiyyətə HƏQİQƏT, LƏYAQƏT və ŞƏXSİYYƏT dərsi keçməyindən ağızdolusu danışır. Siz bir görəsiniz necə canfəşanlıqla, necə bir şövqlə Puqaçovanın üsyanına tərif vururlar.

Ne güzel İntanbul!

Qəribə burasıdır ki, bu danışan adamların əksəriyyəti eyni Puqaçovanın lənətlədiyi sistemə bənzər bir başqa sistemin “ipli kukla”larıdır.

Həqiqət, ləyaqət və şəxsiyyət “carçısına çevriliblər” Puqaçova üsyankarlığında! Allanı bildik, bəs siz kimə üsyan edirsiniz, sizə heç dəxli olmayan cinayətkar Putinə?

Halbuki susub danışmasalar, daha özləri ola biləcəklər.

Həm də o həqiqət, o ləyaqət və o şəxsiyyət məsələsi ki, Azərbaycanda da lap çoxdan alver predmeti olub, lap çoxdan axtalanıb, lap çoxdan anasının əmcəyi kəsilərək üstündə şaxsey-vaxsey vurulur. Hakimiyyət kreslosunu qoruyub saxlamaqdan ötrü sistemin İNSAN və onun ləyaqət duyğusunu alıb-satmaq ölkəmizdə ən yayqın və ən asan bazar predmetinə çevrilib.

Adam almaq əşya almaqdan qolaydır indi. Adam kimi adam qalmaqsa ən zor işdir bu günün Azərbaycanında.

İndi dəhşətli, dəhşətli olduğu qədər də məyusedici bir sual yaranır?

Azərbaycan ictimai-siyasi, ictimai-mədəni fikrində alver predmətinə çevrilməmiş və çevrilməyən neçə Alla Puqaçova qalıb? Nə qədəriniz Allah Puqoçova qədərsiz? Elə Alla Puqaçova haqqında “qızım sənə deyirəm, gəlinim sən eşit” tərzində ağızdolusu yazanlaradır sözüm. Siz kimə bu qədər əsəbi hiddətlisiniz, sizin davanız kiminlədir?!

 

Mirzə Rəşad Orbey

Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

Oxşar xəbərlər

“Od olan yerdən tüstü çıxar” Sima Babayeva

admin

Alimpaşa Məmmədov dövlətə nə qədər ziyan vurub?

admin

Ev almaq üçün illərlə pul yığan gənclər

admin