24 C
Bakı
13 Sentyabr 2025 15:16
CəmiyyətGündəm

Qarabağa köçən əhali arasında bəziləri dövlətin inşa etdiyi evlərdə yaşamır.

Qarabağa köçən əhali arasında bəziləri dövlətin inşa etdiyi evlərdə yaşamır. Kimisə işsizlik, kimisi başqa səbəblərdən evini tərk edib əvvəl yaşadığı Bakıya və başqa rayona qayıdır.

Evini aylarla bağlı saxlayan da var, evini ƏLAVƏ QAZANC (əlavə qazanc və minimal dolanışıq mənim üçün fərqli anlayışdır) məqsədilə bu əraziləri azad edən hərbçilərə kirayə verən də var.

Halbuki köç zamanı dövlət vətəndaş ilə müqavilə bağlayıb və bu sənəd istənilən kirayə prosesini qadağan edir. Ərazini azad edən hərbçiyə bu evlərin kirayə verilməsinin mənəvi və əxlaqi tərəfinə hələlik toxunmaq istəmirəm.

Kimsə azad olunandan ərazilərdə yaşamaq istəmirsə, bu evə ehtiyacı yoxdursa, aidiyyəti qurumlara müraciət etsin və ev ehtiyacı olan və növbədə olan digər sakinlərə verilsin. Ən yaxşısı isə əvvəlcədən, yəni inşaat prosesində köçüb yaşayacaq kontingent və onların məşğuliyyəti nəzərə alınsın.

Hazırda bir çox Qarabağ sakinləri 30 illik işğal dövründən bu günə qədər digər bir vətəndaşın evində yaşayırlar. Kimi razılıq ilə, kimi narazılıq ilə. Azad olunan ərazilərə köçən əhalinin yaşadığı qəsəbələr isə boşalır, təxminən 11 min nəfər əhali artıq doğma yurduna geri qayıdıb. Bu gün isə cəmiyyətdə bəhs etdiyim məsələ ilə bağlı müəyyən gərginlik yaranıb.

Bu gərginliyi azaltmaq üçün ən qısa yol, boşalan şəhərcik və qəsəbələrdəki evlərə vətəndaşın evində yaşayan Qarabağ əhalisini köçürürməkdən ibarətdir. Burada da ədalət prinsipi əsas götürülməlidir.

Məsələn kirayə yaşayanın kimliyi -müharibə veteranı, sağlamlıq imkanları məhdud olan evsiz təqaüdçü, hərbi qulluqçular, çox uşaqlı ailələr və s. olması nəzərə alınmalıdır.

Qarabağa qayıdış prosesi çərçivəsində ev növbəsi gözləyən həssas təbəqədən olanlar, ehtiyatda və ya xidmətdə olan hərbçilər üçün də evlərin azad olunan ərazilərdə inşa edilməsini təklif edirəm. Onsuz da Bakıda yaşamaq artıq bir əzaba çevrilib.

Bu proseslər təbii ki, müəyən narazılıq da yarada bilər. İstənilən hər bir mübahisəli məqam mütləq məhkəmə qərarına uyğun olaraq icra olunmalıdır.

Əgər biz azad olunan ərazilərdə sürətli məskunlaşmanı və inkişafı təmin etmək istəyiriksə ilk növbədə həmin ərazilərdə iş yerlərinin sayını artırmalıyıq. Bu işdə iş adamları və imkanlı şəxslər də prosesə dəstək verməlidir.

Hər birimizə Qarabağda yaşayıb yaratmaq arzusu ilə
Ədalət Verdiyev, hərbi ekspert.

Tacxeber.com

Oxşar xəbərlər

Gündə 6 saatdan çox oturaq həyat tərzi keçirən qadınlarda bu şiş yarana bilər

redaktor

Yevlaxın “Karvan” klubu Azər Bağırovu baş məşqçi postuna gətirir?

admin

Natiq Cəfərli: “Evimi necə qızdırım, yemək necə bişirim, isti sudan necə istifadə edim?”

redaktor