DünyaGündəmSiyasət

“Fəaliyyətimizə görə siyasi təzyiqlərlə üzləşirik” Avtandil Məmmədov

Azərbaycanın siyasi hakimiyyəti həm ölkə daxilində həmdə ölkə xaricində təqibləri davam edir. Hüquq müdafiəçilər, jurnalistlər, siyasətçilər və tənqidçilər repressiyalara məruz qalmaqdadır. Hakimiyyət insan hüquqlarına hörmət etmir. Söz və ifadə azadlığı boğulmaqdadır.

Uzun illərdir ki, fəaliyyətimizə görə siyasi təzyiqlərlə üzləşirik və təzyiqlərdən yayınmaq üçün Gürcüstan a sığındıq. Gürcüstanda olduğumuz 8 il müddətində bir sıra beynəlxaq toplantılara dəvət olunsaqda, Azərbaycanın təzyiqləri nəticəsində Gürcüstandan çıxış imkanlarımız məhdudlaşdırılmışdır. Bəzi toplantılarda online iştirak etsəkdə, Gürcüstandan çıxışımız mümkün olamdığına görə beynəlxalq toplantılarda iştirak etmək imkanımız olmayıb. ATƏT-in DTİHB tərəfindən Varşava, Vyanada keçirilən beynəlxaq tədbirdə dəfələrlə dəvət almışıq.

ATƏT-in DTİHB-nun 6 – 17 oktyabr 2025-ci il tarixlərində Varşavada keçiriləcək beynəlxalq tədbirdə növbəti dəfə viza müraciətimiz təsdiqləndi. Güman edirik ki, Gürcüstandan çıxışımıza imkan veriləcək. Uzun illərdir ki, insan haqlarının müdafiəsi sahəsində çalışan bir QHT rəhbəri kimi bu tədbirdə iştirak etmək imkanını yüksək qiymətləndiririk. Düşünürük ki, insan hüquqlarının vəziyyətinə dair səslərimizin beynəlxalq aləmdə eşidilməsi üçün bir fürsətdir.

Tədbirdə iştirak edəcək digər demokratik qüvvələr, o cümlədən Azərbaycan Xalq Cəbhəsi Partiyasının lideri hörmətli Əli Kərimli beynəlxalq toplantıda iştirakı mövcud hadisələri müzakirə ediləcəyinə şərait yaradacaq. Bu görüşdə AXCP lideri Əli Kərimli ilə mövcud hadisələri müzakirəsi mümkün olacaqdır. Görüşdə insan hüquqları sahəsində əməkdaşlığın və milli həmrəyliyin vacib bir nümunəsi kimi qiymətləndiririk. Həmiçinində repressiyaya məruz qalan vətəndaş cəmiyyəti üçün mühüm bir addım hesab edirik. Bu kimi görüşlərin insan hüquqları gündəminin formalaşmasında əhəmiyyətli rolu olduğunu düşünürük!

Avtandil Məmmədov

Tacxeber.com

Oxşar xəbərlər

Rusiyadan Ermənistana Lars şapalağı

redaktor

18 yaşında ABŞ-yə getdi – Biznes həyatı, neft şirkətlərində karyera, investisiya…

admin

Payızda yetişən meyvələr: Onlar min bir dərdin dərmanıdır

redaktor