20 C
Bakı
22 Oktyabr 2026 22:05
İdman

Nəticəyə görə hər kəsdən üzr istəyirəm…

“Azərbaycanla qarşılaşmada yaxşı çıxış edə bilmədik”.

Tacxeber.comxəbər verir ki, bunu Ukrayna millisinin baş məşqçisi Sergey Rebrov mətbuat konfransında deyib.

Mütəxəssis Bakıda Azərbaycan yığmasına qarşı keçirdikləri DÇ-2026-nın seçmə mərhələsinin oyunu ilə bağlı fikirlərini bölüşüb:

“Dünən də bildirmişdim ki, heç bir rəqib zəif deyil. Söyləmək istəyirəm ki, meydanın durumu da ürəkaçan deyildi. Yaxşı çıxış edə bilmədiyimizə görə xal itirdik. Azərbaycan yığması əks hücumlara bel bağlayırdı”.

O, nəticədən razı qalmadığını bildirib:

“Nəticəyə görə hər kəsdən üzr istəyirəm. Oyun ürəyimizcə olmadı. Əgər bu gün 1:0 hesabı ilə qalib gəlsəydik belə, oyun üslubu ürəyimizcə olmayacaqdı”.

Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan Azərbaycan – Ukrayna oyunu 1:1 hesablı bərabərliklə yekunlaşıb.

 

Tacxeber.com

Oxşar xəbərlər

Yaxşı mübarizə, məyusedici nəticə

admin

“Sabah” “Borussiya”ya qarşı

admin

Arda Güler daha 5 il “Real”da

admin