23.2 C
Bakı
15 İyun 2026 12:37
CəmiyyətDünya

Yarasadan insanlara keçən növbəti DƏHŞƏTLİ VİRUS – Sürətlə yayılmağa BAŞLADI

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) mütəxəssisləri Afrikanın bir sıra ölkələrində yüksək ölüm göstəricisi və sürətli inkişafı ilə seçilən yeni virus aşkar ediblər.

Tacxeber.comxəbər verir ki, bu barədə “Associated Press” agentliyi məlumat yayıb.

Bildirilib ki, ilk yoluxma halları Konqo Demokratik Respublikasında qeydə alınıb. Xəstəlik ilk olaraq üç azyaşlıda aşkar edilib. Onlar yarasa əti yedikdən sonra virusa yoluxublar.

İlkin məlumata görə, indiyədək azı 50 nəfər əvvəllər məlum olmayan virusun qurbanı olub.

Mütəxəssislər vurğulayır ki, xəstəlik sürətli gedişata və yüksək letallığa malikdir. Simptomlar arasında qusma və daxili qanaxma xüsusilə diqqət çəkir.

Xatırladaq ki, bir neçə il əvvəl pandemiyaya çevrilmiş COVİD-19 virusu da yarasalardan insanlara keçmişdi.

 

Tacxeber.com

Oxşar xəbərlər

Delimxanovdan Priqojinə: Bəsdir anqırdın!

redaktor

Çörək istehsalçıları “pəhriz çörəyi” adı ilə istehlakçılara nə təqdim edirlər?

redaktor

Bu adamın qaraciyəri solda, ürəyi sağdadır – FOTOLAR

redaktor