24 C
Bakı
06 Sentyabr 2025 22:50
DünyaSiyasət

Putin Əliyevin ilk addım atmasını gözləyir?

Rusiya Prezidenti Vladimir Putin Pekində mətbuat konfransında Azərbaycanla bağlı açıqlamasında iki ölkə arasında münasibətlərində ciddi sualların olduğunu ilk dəfə etiraf edib. Putinin bu suallar barədə detallı danışmadan “Rusiya və Azərbaycan arasında fundamental münasibətlər və bunun inkişafı üçün qarşılıqlı maraq son nəticədə hər şeyi öz yerinə qoyacaq” cümləsi ikibaşlıdır.

Rusiya Prezidenti sanki bununla iki ölkə arasında illər uzunu formalaşan isti münasibətlərə eyham vurur, o biri tərəfdən “qarşılıqlı maraq son nəticədə hər şeyi öz yerinə qoyacaq” cümləsiylə münsibətlərdəki gərginliyə görə məsuliyyətdən uzaqlaşmağa çalışır. Münasibətlər Putinin təbirincə desək, öz-özünə yoluna qoyula bilməz. Putin raketlə vurulan təyyarə olayına aydınlıq gətirməlidir. O bu məsələni araşdırmağı lazım bilmirsə, siyasi münasibətlər necə əvvəlki axarına qayıda bilər? Birinci addımı Putin atmalıdır.

Ancaq o bu addımı atmağa hələ hazır deyil, əks halda azərbaycanlı həmkarı İlham Əliyevlə Pekində salamlaşmadan əlavə müzakirə aparmağı da lazım bilərdi. Putinin açıqlamalarından bir gün sonra Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovanın brifinqdə “Azərbaycanda həbsdə olan 13 Rusiya vətəndaşının azadlığa buraxılması Moskva ilə Bakı arasında münasibətlərin normallaşması istiqamətində mühüm addım ola bilər” söyləməsi Kreml sahibinin əsl niyyətini ortaya qoyub. Sən demə, Putin İlham Əliyevin ilk addım atmasını gözləyir.

 

Elxan Şahinoğlu

Tacxeber.com

Oxşar xəbərlər

KİV: “Hizbullah”ın rəhbəri vəzifəsinə əsas namizəd İsrailin raket zərbəsi nəticəsində öldürülüb

redaktor

Rusiyada özünü gülüş obyektinə çevirən Nikol Paşinyan üçün növbəti biabırçılığın zirvəsi

redaktor

Maraq azalır: Elektrikli avtomobillərin gələcəyi təhlükədədir?

admin