Digər

Putin Azərbaycanla münasibətlərin normallaşdırılmasına möhtac olduqlarını etiraf etdi

Rusiya Prezidenti Vladimir Putin Azərbaycanla münasibətlərin normallaşdırılmasına möhtac olduqlarını etiraf edib.

O, jurnalistlərə bildirib ki, militarist Yaponiya üzərində qələbənin və İkinci Dünya müharibəsinin başa çatmasının 80 illiyinin qeyd edilməsi münasibətilə bu gün Pekində keçirilmiş təntənəli mərasimlərdə Azərbaycan Prezidenti İlham Əliyevlə iki-üç kəlmə danışıb.

“Problemlər var, lakin mən bu gün Prezident Əliyevlə salamlaşdım, onunla və həyat yoldaşı ilə salamlaşdım. İki-üç kəlmə danışdıq”, – deyə Rusiya lideri Çinə səfərinin yekunları üzrə keçirilmiş mətbuat konfransında bildirib.

Moskva-Bakı münasibətlərinin vəziyyətini şərh edən Putin vurğulayıb ki, ölkələr arasında münasibətlərdə həmişə mövcud vəziyyətdən və hər hansı bir siyasi konyukturadan irəli gələrək müəyyən məsələlər yaranır:

“Amma mən hesab edirəm ki, Azərbaycanla Rusiya arasında fundamental münasibətlər və onların inkişafına qarşılıqlı maraq hər halda hər şeyi öz yerinə qoyacaq”.(TASS)

 

Tacxeber.com

Oxşar xəbərlər

Nazpəri Polad Həşimovun anası ilə görüşdü – “Eyni acını mən də yaşayıram”

redaktor

Rüstəm Behrudinin şeiri qalmaqal yaratdı – “Görən, niyə susub Allah…“

redaktor

İlon Mask 20 min insanın beyninə çip yerləşdirməyi planlaşdırır

redaktor