15 C
Bakı
03 Oktyabr 2026 21:17
DünyaSiyasət

Makron: Putin sentyabrın 1-dək Zelenski ilə görüşməsə, deməli Trampı ələ salır

Putin bazar ertəsinədək (1 sentyabradək-red.)  Zelenski ilə görüşə razı olmasa, bu, onun növbəti dəfə ABŞ prezidenti Donald Trampla “oynayıb və ələ saldı” anlamına gələcək.

Tacxeber.com xəbər verir ki, bunu  Fransa prezidenti Emanuel Makron Almaniya kansleri Fridrix Merzlə görüşdən sonra keçirilən mətbuat konfransında deyib.
“Əgər bu ikitərəfli görüş Bazar ertəsinə qədər baş tutmasa, mən inanıram ki, bu, bir daha prezident Putinin prezident Trampla oynayıb, onu ələ salması  anlamına gələcək və bu cavabsız qala bilməz”, – Makron bildirib.

Almaniya kansleri Fridrix Merz osə deyib ki, çox güman Putinlə Zelenski arasında görüş olmayacaq.
“Vaşinqtonda olarkən Tramp və Putin arasında razılaşmaya baxmayaraq, prezident Zelenski ilə prezident Putin arasında görüş açıq şəkildə baş tutmayacaq”, – Merz qeyd edib.

 

Tacxeber.com

Oxşar xəbərlər

Zelenskinin açıqlaması Seulla gərginlik yaratdı: Cənubi Koreya “əlavə addımlar”la hədələdi

redaktor

Putinin “Valday” mesajı: Müharibə davam edəcək, dəhliz isə İrandan asılıdır

redaktor

Azərbaycan və Türkiyə: mübahisə ola bilər, düşmənçilik yox

redaktor