CəmiyyətŞou

Namiq Qaraçuxurlu Rusiya hava limanında saxlanılıb

Tanınmış meyxanaçı Namiq Qaraçuxurlu Rusiya hava limanında saxlanılıb.

Tacxeber.com xəbər verir ki, bu barədə sosial şəbəkələrdə malumat yayılıb. Keçən gecə meyxanaçı Moskvanın Şeremetyevo Beynəlxalq Hava Limanında Sərhəd Xidməti əməkdaşları tərəfindən saxlanılıb.

İfaçının köməkçisi, onun qardaşı oğlu İlkin Şükürova da Rusiyaya girişlərinə icazə verilməyib. Bir neçə saat davam edən dindirilmədən sonra İlkin sərbəst buraxılıb.

Son məlumata əsasən Namiqin saxlanılması bir neçə saat davam edib. Azərbaycanın Rusiyadakı səfirliyi onun azadlığa buraxılması ilə bağlı danışıqlar aparıb.

İlkin Şükürovun bildirdiyinə görə isə  artıq Namiq sərbəst buraxılıb.

 

Tacxeber.com

Oxşar xəbərlər

Bir deputat mandatını çox görən hakimiyyət prezident kürsüsünü seçkiyə çıxararmı?

redaktor

Şöhrət azarı…

redaktor

Ötən gün Almaniyada bütün məktəblər, tədris, müəllim, şagirdlər, valideyinlər stress keçiriblər

redaktor