15 C
Bakı
03 Oktyabr 2026 14:23
CəmiyyətDünyaGündəm

Əhməd Muxtar saxlanıldı

Meydan TV” işi üzrə daha bir nəfər məsuliyyətə cəlb edilib.

Tacxeber.com xəbər verir ki, Xətai Rayon Məhkəməsinin qərarı ilə foto-müxbir Əhməd Muxtarın barəsində həbs qətimkan tədbiri seçilib.

Bu gün Meydan TV” əməkdaşları – Ramin Cəbrayılzadə (Ramin Deko), Aynur Qəmbərova (Elgünəş), Aytac Əhmədova (Tapdıq), Aysel Umudova, Xəyalə Ağayeva, Natiq Cavadlı, Ülvi Tahirov, Nurlan Qəhrəmanın (Libre), Ülviyyə Əli barəsində yekun ittiham elan olunub.

Bu gün, həmçinin Əhməd Muxtara da yekun ittiham elan olunub. İş üzrə ibtidai istintaq yekunlaşıb. Yaxın günlərdə cinayət işi baxılması üçün məhkəməyə göndəriləcək.

Qeyd edək ki, 2024-cü ilin dekabrında “Meydan TV” əməkdaşları – Ramin Cəbrayılzadə (Ramin Deko), Aynur Qəmbərova (Elgünəş), Aytac Əhmədova (Tapdıq), Aysel Umudova, Xəyalə Ağayeva, Natiq Cavadlı və Ülvi Tahirov saxlanılıblar.

Daha sonra isə 2025-ci ilin fevralın fevralın 5-də “Arqument.az” saytının rəhbəri Şəmşad Ağayev (Şəmşad Ağa) “Meydan TV işi” üzrə şübhəli şəxs qismində saxlanılıb.

Fevralın 20-də Nurlan Qəhrəmanlı (Libre), fevralın 28-də Fatimə Mövlamlı, mayın 7-də isə Ülviyyə Əli saxlanılıblar.

Daxili İşlər Nazirliyinin yaydığı məlumatda adıçəkilən şəxslərin ölkəyə qanunsuz xarici valyuta gətirməklə bağlı daxil olan məlumat əsasında saxlanıldıqları bildirilib.

Onlara Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham verilib.(Teleqraf)

 

Tacxeber.com

Oxşar xəbərlər

Azərbaycan və Türkiyə: mübahisə ola bilər, düşmənçilik yox

redaktor

Ruslar Kiyevdəki Şimal Körpüsünə hücum edərək nəqliyyatın hərəkətini dayandırdılar

redaktor

NATO Fransadan Azərbaycanla əməkdaşlığa qoyulan blokadanı aradan qaldırmağı tələb etdi

redaktor