CəmiyyətDünya

Yeniyetmənin intiharı ardından “OpenAI” “ChatGPT”i yeniləməyi planlaşdırır

“OpenAI” 16 yaşlı yeniyetmənin intiharı ilə bağlı valideynlərin iddiasından sonra “ChatGPT”ni yeniləməyi planlaşdırır.

Tacxeber.com Bloomberg-ə istinadən xəbər verir ki, valideynlərin iddiasına görə, övladları çat-botdan “məşqçi” kimi istifadə edirmiş.

Şirkət istifadəçilərin psixi gərginliyini daha yaxşı tanımaq, intihar mövzularında təhlükəsizlik tədbirlərini gücləndirmək və uşaqların “ChatGPT” istifadəsinə valideyn nəzarəti tətbiq etmək niyyətindədir. İntihar fikirləri bildirən istifadəçilərə peşəkar yardım və təcili dəstək xidmətlərinin əlaqə məlumatları təqdim olunacaq.

“OpenAI” qeyd edir ki, “ChatGPT”də istifadəçiləri təhlükəli hərəkətlərdən çəkindirmək üçün alqoritmlər mövcuddur, lakin uzun müddətli ünsiyyət zamanı cavablar səhv ola bilər.

 

Tacxeber.com

Oxşar xəbərlər

Tahir Əmiraslanov Fuad Nağıyev haqda: Son 3 ildə mətbəximizə elə zərbə vurdular ki…

redaktor

Əfqanıstanda universitetlərdə tələbə qızlar üçün dərslər dayandırılıb

redaktor

Mask Apple-ı məhkəməyə vermək istəyir

redaktor