23 C
Bakı
28 Avqust 2025 09:33
DünyaMuharibə

Növbə Moskvaya da çatıb.

Ukrayna Silahlı Qüvvələri Moskvanın kritik enerji infrastrukturunu hədəfə alıb.

Rusiyada “Ryazan – Moskva” neft məhsulları kəməri partlayıb. Bu kəmər paytaxtı benzin, dizel yanacağı və aviasiya kerosini ilə təmin edirdi. Kəmərin fəaliyyəti qeyri-müəyyən müddətə dayandırılıb.

“Ryazan – Moskva” neft məhsulları kəməri paytaxt regionunu yanacaqla təmin edən əsas(!) arteriyalardan biri idi. Onun uzunluğu təxminən 197 kilometrdir. Kəmər vasitəsilə Moskvaya gündə təxminən 14 min ton yanacaq çatdırılırdı. Onun əsas mənbəyi Rusiyanın ən iri müəssisələrindən biri, ildə 19 milyon tona qədər neft emal etmək gücünə malik olan Ryazan Neft Emalı Zavodudur.

Ukrayna kəşfiyyatının məlumatına görə, kəmərin qeyri-müəyyən müddətə dayandırılması paytaxtda yanacaq qıtlığına səbəb ola bilər. Hazırda yanacaqdoldurma məntəqələrində vəziyyət sabitdir, lakin təmir işləri uzanarsa, vəziyyət tez bir zamanda dəyişə bilər – benzina növbələr adi hala çevrilə bilər.

Görünən odur ki, Ukrayna Silahlı Qüvvələri Rusiyanın neft-qaz infrastrukturuna zərbələri intensivləşdirməklə yanaşı, hədəfləri yavaş-yavaş Moskvaya yaxınlaşdırırlar.

 

Kamran Cəfərov

Tacxeber.com

Oxşar xəbərlər

Tramp: Fransanın Fələstini tanımaq qərarının heç bir əhəmiyyəti yoxdur

redaktor

Rus ordusunda üsyan: döyüşdən imtina edildi…

admin

Zelenski Bolqarıstan prezidentinin təklifinə emosional cavab verdi – VİDEO

redaktor