23 C
Bakı
28 Avqust 2025 09:36
DünyaTexnologiya

“SPACEX-in “STARSHİP” proqramında dönüş nöqtəsi” İbrahim Nəbioğlu

İlon Maskın SpaceX şirkəti uzun müddətdir üzərində çalışdığı “Starship” superağır raket daşıyıcısının daha bir sınaq uçuşunu həyata keçirib. Əvvəlki cəhdlərdə bir sıra texniki nasazlıqlar və partlayışlarla gündəmə gələn proqram bu dəfə ğnəmli uğurlara imza atdı.

Texas ştatındakı Starbase kosmodromundan start götürən raket 33 mühərriklə təchiz olunmuş “Super Heavy” sürətləndiricisinin köməyi ilə qalxış edib. Birinci pillə gövdədən ayrıldıqdan sonra Meksika körfəzində uğurla suya enib. İkinci mərhələ isə təxminən 200 km yüksəklik qazanaraq kosmosa 8 “Starlink” peykinin maketini çıxarıb. Daha sonra Hind okeanına planlaşdırılmış eniş həyata keçirilib. Raket enişdən sonra partlasa da SpaceX bunu “ikinci dərəcəli problem” hesab edir.

Bu uçuş “Starship” proqramının 10-cu sınağı idi.

İlk dəfə olaraq raket atmosferdən geri qayıdarkən yerlə davamlı rabitə saxlanılıb.

“Starship” yalnız SpaceX-in deyil, həm də ABŞ-ın kosmik strategiyasında əsas rol oynayır. NASA “Artemis” proqramı çərçivəsində Ay missiyalarında bu raketdən istifadəni planlaşdırır. Uzunmüddətli perspektivdə isə “Starship” Mars kolonizasiyası ideyasının reallaşdırılmasında əsas vasitə sayılır.

Bundan əlavə, daşıma qabiliyyətinə görə “Starship” kommersiya yükdaşımalarında da inqilab yarada bilər:

150 tonadək yükü orbitə çıxarma imkanları,

kosmos turizmi və orbitdə infrastruktur qurmaq üçün geniş perspektivlər.

Hələ ki, əsas problemlərdən biri təkrar istifadədə etibarlılığın təmin olunmasıdır. SpaceX hər iki mərhələnin də tam şəkildə enişini və növbəti uçuşlara hazır hala gətirilməsini hədəfləyir. Bu məqsədlə şirkət daha çox sınaqlar keçirməyi planlaşdırır.

“Starship” proqramı, əvvəlki uğursuzluqlardan sonra, bu sınaqla ciddi dönüş nöqtəsinə qədəm qoyub. Əsas mərhələnin idarəli enişi və atmosferdən keçərkən əlaqənin qorunması, texnologiyanın artıq yetkinləşməyə başladığını göstərir.

Əgər SpaceX qarşıdakı mərhələlərdə də uğur əldə edərsə, “Starship” yalnız kosmik texnologiyalarda deyil, qlobal geosiyasi və iqtisadi balansda da oyun dəyişdirici bir vasitəyə çevrilə bilər.

 

İbrahim Nəbioğlu

Tacxeber.com

Oxşar xəbərlər

Məşhur aktrisa: “O vaxt Trampa yox dedim”

redaktor

Ruslar müharibəni bitirmək yox, sadəcə vaxt qazanmaq istəyir.

redaktor

Konsertdə qışqırdı, sonra… – Gənc qızın başına gələnlər həkimləri təəccübləndirdi

redaktor