Azərbaycanda ən yaxşı kartof Gədəbəy kartofu sayılır.
Camaatdan sorusan deyəcək ki, rayonun havası belə, suyu elə.
Camaatı qınamıram. Təhsil yoxdur, təhsil verən yer də, təhsildən başqa nə qədər lazımsız şey var, hamısını verir, oğru ponyatkalarından tutmuş, nizami yaltaqlıq mədəniyyətinə, tarix əvəzinə yalan öyrətməyə qədər.
Halbuki səbəb çox sadədir. Gədəbəydə ilk kartofu almanlar əkib. Biz o vaxta qədər kartof nə olan şeydir, bilmirdik.
Elə kartof sözü də alman kartoffel sözüdür. Bütün dünya potates-zad deyir, biz kartof. Bir sıra Avropa ölkələrində almanlara sataşmaq üçün, onlara kartof deyirdilər.
Bir dəfə bir almanla ingiliscə söhbət edə-edə çörək yeyirdik. Nəsə oldu, yadımda deyil, məndən soruşdu ki, buna nə deyirsiniz, dedim kartof. Adam məndən əməlli başlı inciyəcəkdi, ta mən buna telefonda açıb göstərənə kimi ki, sataşmıram, vallah-billah, həqiqətən belədir.
Söz bizə ruslardan keçib. Almanllar ilk dəfə kartofu görəndə adını belə qoyublar. Daha doğrusu, italyanların trüfel sözünü bu cür it gününə sallblar. Kartofu necə trüfelə oxşatmaq olar, bilmirəm. Ola bilər, trüfel sözü 15-16-cı əsrlərdə italyanlarda mən bilmədiyim hansısa məna daşıyıb. Trüfel sözünün əsli isə latınlara gedib çıxır.
Eləcə də kimdən soruşsan, deyəcək ki, Bordo Fransanın ən yaxşı şərabıdır. Bunun da səbəbi bəsitdir. Romalılar Qalliyyanı tutandan sonra şərab üçün ilk üzüm platansiyalarını məhz Bordoda salıblar. O vaxtdan Bordonu Fransanın ən yaxşı şərabı hesab edilir. Məhz adı çıxdığına görə də elə Fransanın özündə də yaxşı Bordo od qiymətinədir.