23 C
Bakı
24 İyun 2025 10:59
Hadisə

Lənkəranda dini icma rəhbəri intihar etdi

Lənkəranda dini icma rəhbəri intihar etdi

Lənkəranda dini icma rəhbəri intihar etdi


Lənkəran rayonu, Qurumba kənd məscidinin dini icmasının sədri Hacıhəsən Babayev intihar edib.

Tacxeber.az xəbər verir ki, hadisə məscidin ərazisində baş verib.

Belə ki, H.Babayev məscidin həyətində olan yardımçı tikilidə özünü asıb. O, intihar etməzdən əvvəl məktub yazaraq heç kəsin günahının olmadığını bildirib.

Hüquq-mühafizə orqanları əməkdaşları hadisə yerinə baxış keçirib. Meyit müayinə olunması üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır./Report

Tacxeber.az

Oxşar xəbərlər

63 yaşlı arıçı qadın: “İş çətindir, amma məhsul kimi şirin gəlir”

admin

Xanımını telefonuna baxdığına görə döydü, həbs edildi

redaktor

Taleh Qaraşovun qardaşı oğlu həbs olundu – Rəsmi

redaktor