13 C
Bakı
04 Oktyabr 2026 11:18
DünyaSiyasət

ABŞ senatoru: “Rusiya Ukraynadan aparılan uşaqları geri qaytarmalıdır”

ABŞ Senatının Respublikaçılar Partiyasından olan senator Lindsi Qrem Rusiyadan Ukraynadan aparılan bütün uşaqları geri qaytarmağı tələb edib.

O, əks halda Rusiyanın ABŞ qanunvericiliyinə əsasən “terrorizmin sponsoru dövlət” kimi tanınması üçün təşəbbüs göstərəcəyini açıqlayıb.

Tacxeber.com xəbər verir ki, Senator bu barədə sosial şəbəkə X hesabında paylaşım edib. Onun sözlərinə görə, Rusiya-Ukrayna müharibəsi dövründə işğalçılar 19 mindən çox ukraynalı uşağı zorla ölkədən aparıb.

“Uşaqların öz vətənlərindən zorla köçürülməsi alçaq və vəhşi bir addımdır. Mən ilin əvvəlində də bəyan etmişdim ki, əgər Rusiya bu uşaqları geri qaytarmasa, onun terrorizmi dəstəkləyən dövlət kimi tanınması istiqamətində qanunvericilik təşəbbüsü irəli sürəcəyəm”, – deyə Qrem qeyd edib.

 

Tacxeber.com

Oxşar xəbərlər

Türkiyə mediası artıq sual verir: “Bu sözlər Türkiyəyəmi?”

redaktor

Putinin Ukrayna məğlubiyyəti

redaktor

Zelenskinin açıqlaması Seulla gərginlik yaratdı: Cənubi Koreya “əlavə addımlar”la hədələdi

redaktor